Ərdoğan Suriya kürdlərinin təklifini rədd etdi .....                        Şimali Kiprin Prezidenti Azərbaycan alimlərini qəbul edib .....                        Milli Məclis sabah Kamran Əliyevin məsələsinə baxacaq .....                        Polis Qaradağda əməliyyat keçirdi .....                        Trampla Zelenskinin Vatikandakı söhbətinin TƏFƏRRÜATI .....                        Milli Məclisin iclasının gündəliyi dəyişdi .....                        Prezident DTX ilə bağlı fərman imzaladı .....                        85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - RƏSMİ .....                        Məhkəmə DSX mayoruna hücum edən idmanı ilə bağlı qərar verdi .....                       
Tarix : Bu gün, 17:34
Milli Məclis sabah Kamran Əliyevin məsələsinə baxacaq


Milli Məclis sabah Kamran Əliyevin məsələsinə baxacaq

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib. İclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında" məsələ daxil edilib.
Milli Məclisin gündəliyinə yeni məsləsinin daxil edilməsi Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin mayın 1-də bitməsi ilə bağlıdır.
Belə ki, "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında" məsələnin müzakirəsi zamanı Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin uzadılması məsələsinə baxılacaq. Böyük ehtimalla parlament Baş prokuror Kamran Əliyevi ikinci müddətə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təsdiqləyəcək.
Qanunvericiliyə əsasən, Baş prokuror beş il müddətinə təyin olunur.
Kamran Əliyevin rəhbərlik dövrü prokurorluq orqanlarında islahatlar və müsbət tendensiyalarla yadda qalıb. Bu baxımdan onun növbəti müddətə də Baş prokuror vəzifəsində qalacağı ehtimalı yüksək qiymətləndirilir.
Kamran Əliyev 2020-ci ilin 1 may tarixindən ölkənin baş prokurorudur. Onun sözügedən vəzifəyə namizədliyi Prezident İlham Əliyevin təqdimatına əsasən irəli sürülüb.
Milli Məclis isə Kamran Əliyevin namizədlik təqdimatına baxaraq, onu ölkənin Baş prokuroru vəzifəsinə təsdiqləyib.
Kamran Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olub.
1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunub. Əvvəlcə Rusiya Federasiyası Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilib. Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib.
1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, eyni zamanda həmin müəssisədə elmi işçi vəzifəsində işləyib. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi işləyib.
K.Əliyev 2007-ci ildən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb. Azərbaycan Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının sədri, Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Azərbaycan Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı”, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidentidir. Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.
Prezidentin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib. Ölkə başçısının 23 noyabr 2021-ci il tarixli Sərəncamı ilə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Ailəlidir, iki övladı var.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!