Füzulidə “Qarabağım mənim” adlı festival .....                        İŞİD liderlərindən biri saxlanıldı .....                        Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü .....                        Rusiyadan Ukraynanın təlim bölməsinə zərbə - 12 ölü, onlarla yaralı .....                        Türkiyədə Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə konsert .....                        Türkiyədə iki zəlzələ .....                        Rusiyada dəmir yolunda daha bir partlayış .....                        İmtahan bitdi - YENİLƏNİB .....                        SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi .....                       
Tarix : 6-05-2025, 15:58
Ağdamın Qızıl Kəngərli kəndində aqrar şəhərcik yaradılacaq - FOTO


Ağdamın Qızıl Kəngərli kəndində aqrar şəhərcik yaradılacaq - FOTO

Ağdama səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdamın Qızıl Kəngərli kəndində olublar.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.
Aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.

****

15:07

Azərbaycanın Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkına gəliblər.
Belarus hökumətinin başçısı sənaye parkı ilə tanışlıq zamanı burada görülən işlərlə maraqlanıb. Bildirilib ki, Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
Parkda həyata keçirilən layihələrə investisiya qoyuluşu 148 milyon ABŞ dolları məbləğində qiymətləndirilir ki, bu da 2100-dən çox iş yerinin yaradılmasına imkan verəcək. Hazırda parkda doqquz müəssisə fəaliyyət göstərir. Bundan əlavə, 10-dan çox yeni müəssisənin tikintisi həyata keçirilir.
Belarus nümayəndə heyəti parkı ziyarət zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə “MAZ-5907S2-012” markalı kommunal təyinatlı avtomobil hədiyyə edib.
Sonra Sarıcalı kəndi ilə tanışlıq olub. Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə, 1024 nəfər əhali yaşayıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.
Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Artıq kənd sakinlərinin doğma yurdlarına qayıdışına başlanılıb.







Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!