Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 24-05-2025, 16:51
Qarabağ və Şərqi Zəngəzur üçün yeni qanun layihəsi olacaq? - Deputatlar danışdı


Qarabağ və Şərqi Zəngəzur üçün yeni qanun layihəsi olacaq? - Deputatlar danışdı

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri postmüharibə dövrünün ən önəmli strateji istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə genişmiqyaslı infrastruktur layihələri, şəhərsalma işləri və sosial-iqtisadi proqramlar həyata keçirilir. Bu fonda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar və müəssisələr üçün vergi güzəştləri və dövlət dəstəyi məsələsi də aktuallaşır. Müzakirələr zamanı bəzi deputatlar mümkün vergi azadolmalarından danışır, bəziləri isə əlavə qanunlara ehtiyac olmadığını vurğulayırlar. Mövcud qanunvericilik çərçivəsində artıq bir sıra təşviq mexanizmləri nəzərdə tutulsa da, ictimai maraq bu məsələlərin daha da dərindən izah edilməsini zəruri edir.
Milli Məclisin Qarabağdan olan deputatı Aqil Abbas bildirib ki, bir müddət Qarabağda və Şərqi Zəngəzurda vergi alınmaya bilər:
“Nə qanun layihəsi qəbul olunacaq ki?! Prezidentin sərəncamı ilə müəyyən quruculuq-tikinti işləri gedir. Qarabağın bütün dağılmış ərazilərində şəhərlər tikilir, kəndlər salınır. Lakin bir müddət vergi alınmaya bilər. Bu cür addımaların atılması mümkündür”.
Füzulinin deputatı Vüqar Bayramov isə söyləyib ki, növbəti mərhələdə ehtiyac yaranarsa, xüsusi olaraq hansısa qanun layihəsi müzakirə oluna bilər:
“Əslində Vergi Məcəlləsində və digər qanunlarda Qarabağ və Şərqi Zəngəzurla bağlı ayrıca fəaliyyətlər nəzərdə tutulub. Çünki İkinci Qarabağ müharibəsindən sonra "işğaldan azad edilmiş ərazilər" anlayışı gündəmə gəlib. Qaydalar, meyarlar qanunvericilikdə əksini tapıb. Ona görə də bu gün Qarabağ və Şərqi Zəngəzurla bağlı istər dövlət təşviq mexanizmi, istər digər alətlər qanunvericilikdə öz əksini tapır. Xüsusən bu ərazilərimzidə 10 illik vergi güzəştləri, təşviq alətləri tətbiq olunur. Amma sözsüz ki, növbəti mərhələdə ayrıca, xüsusi olaraq hansısa qanunun qəbuluna ehtiyac yaranarsa, məsələ müzakirə oluna bilər. Mövcud qanunvericilikdə işğaldan azad olunmuş ərazilərlə bağlı bütün fəaliyyətlər öz əksini tapıb, qanunvericilik bu istiqamətdə dəyişidirlib”.
Cəbrayıl və Qubadlının deputatı Ceyhun Məmmədov isə bunları deyib:
“Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurda ardıcıl, sistemli işlər görülür, tədbirlər həyata keçirilir. Yəni ayrıca qanun qəbuluna zərurət və ehtiyac görmürəm. Belə təşəbbüs haradan gəlir bilmirəm. Bu məsələ qanunla tənzimlənə biləcək məsələ deyil. Hər məsələni qanuniləşdirməyə ehtiyac yoxdur. Cənab Prezident tərəfindən nə lazımdırsa edilir, layihələr uğurla həyata keçirilir, lazımi işlər görülür. Əlavəyə ehtiyac yoxdur. Hesab edirəm ki, biz digər tədbirləri öyrənib diqqətimizi quruculuq-abadlıq işlərinə yönləndirməliyik”.
Parlamentin Xocalıdan olan deputatı Elman Məmmədov da Milli Məclisdə hər hansı ayrıca qanun layihəsinin qəbul edilməsinə ehtiyac görmür:
“Bütün bərpa-quruculuq işləri cənab Prezidentin rəhbərliyi altında müvafiq dövlət proqramı əsasında aparılır. Müvafiq qurumlar burada iştirak edir. Bu məsələlərə rəhbərlik etmək üçün respublika üzrə qərargah yaradılıb. Həmin qərargaha başçılığı da Prezident Administrasiyasnın rəhbəri cənab Samir Nuriyev edir. Təmir-tikinti, bərpa işləri, qayıdışla bağlı nə lazımdırsa, hamısı o proqram üzrə müvafiq qurumlar tərəfindən lazımi qaydada həyata keçirilir. Bütün məsələlər cənab Prezidentin nəzarətindədir. Hamımızın müaşhidə etdiyi kimi, il ərzində həmin ərazilərə saysız-hesabsız səfərlər edilir. Hər hansı ayrı qanun layihəsi qəbul edilməsinə ehtiyac yoxdur.
Milli Məclisdə bu məsələlərlə bağlı deputat həmkarlarımız vaxtaşırı öz fikirlərini bildirirlər”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!