Zəngəzur dəhlizi bəhanədir! .....                        Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                       
Tarix : 24-05-2025, 16:10
Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub


Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub

Səfəvişünas alim Elnur Nəciyev görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın Şah İsmayılla bağlı məqaləsini üzə çıxararaq, onu əski əlifbadan latın qrafikalı əlifbaya transliterasiya edib.
Bu məqalə Təbrizdə çıxan “Vətən yolunda” qəzetinin 1945-ci il 2 sentyabr tarixli nömrəsində dərc olunub.
Cəfər Xəndanın məqaləsini ixtisarla oxuculara təqdim edirik:
“Azərbaycan xalqının siyasi-ictimai tarixində görkəmli mövqe tutan dövlət xadimi Şah İsmayıl, eyni zamanda, Xətai təxəllüsü ilə məşhur olmuş bir şairdir. XV qərinənin (əsrin - E.N.) axırları - XVI qərinənin əvvəllərində yaşamış bu böyük sənətkar təxminən 1486-cı miladi ilində (1487 - E.N.) Ərdəbil şəhərində anadan olmuşdur. Şərq tarixində ona Səfəvi dəxi (də - E.N.) deyilir. Çünki o, məşhur sufi Səfiəddin İshaqın nəslindəndir.
Hələ 15 yaşında ikən sərkərdəliyə başlayan Şah İsmayıl Şirvanı, Bakını, Ərdəbili, Naxçıvanı ələ keçirərək, nəhayət 1502-ci miladi ilində (1501 - E.N.) Təbrizə daxil olur və burada özünü Azərbaycan şahı elan edir.
Cəmi 38 il ömür sürən Xətai Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük xidmət etmişdir. O, hakimi olduğu sarayda Azərbaycan dilini rəsmi dövlət dili elan edərək, hətta Türkiyə (Osmanlı - E.N.) sultanı Süleymanın məktubuna azərbaycanca cavab vermişdir.
Xətai öz dövrünün Həbibi, Şahi, Sərvəri kimi şair, alim, rəssam və nəqqaşlarını ətrafına - saraya toplamışdı. Onun dövründə saray, eyni zamanda, mədəni bir mərkəzə çevrilmişdi.
Xətainin Azərbaycan dilində dörd böyük əsəri vardır: “Divan-e Dəhnamə”, “Nəsihətnamə”, “Mənaqib əl-əsrar” və “Behcət əl-əhrar”. Xətainin şeirləri əksərən sadə, xalqın anlayacağı bir tərzdə yazılmışdır. Məşhur Azərbaycan alimi və tarixçisi Abbasqulu Ağa Bakıxanov bu sözləri heç də təsadüfi söyləməmişdir: “Xətainin türk dilində yazdığı şeirlər indi də xalqın əzbərində yaşayır”. Milli fəxrimiz olan Şah İsmayıl Xətaini Azərbaycan xalqı hər zaman yad edəcəkdir”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!