TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 27-05-2025, 15:17
Prezidentin Bəylik sakinləri ilə səmimi söhbəti


Prezidentin Bəylik sakinləri ilə səmimi söhbəti

Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Prezident İlham Əliyev sakinləri salamladı.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma Vətəninizə.

Sakinlər: Allah Sizi qorusun! Fəxr edirik Sizinlə, Prezidentimizlə. Sizi Bəylikdə görmək böyük xoşbəxtlikdir. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun. Sizi kəndin bərpa olunması münasibətilə təbrik edirəm. Eyni zamanda, bildiyiniz kimi, sabah Müstəqillik Günüdür. Sizi Müstəqillik Günü münasibətilə təbrik edirəm. Siz gözəl bayram ərəfəsində doğma torpağınıza qayıdırsınız. Bu, gözəl hadisədir və əminəm ki, burada, doğma torpaqda həyatınız xoş keçəcək.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Dövlət əlindən gələni edib ki, sizin üçün çox gözəl şərait yaratsın.

Sakinlər: Var olsun dövlətimiz, çox sağ olun.

Prezident İlham Əliyev: Gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı sahə, yəni, yaşamaq üçün, çalışmaq üçün bütün imkanlar var. Belə gözəl, təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə, əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir. Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhər. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə bu günə qədər 40-43 min adam yaşayır, çalışır, ali məktəbdə oxuyur.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Allah şəhidlərimizə rəhmət eləsin!

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Bildiyiniz kimi, o vaxt Laçın rayonunun kiçik bir hissəsi döyüş meydanında azad edilmişdi, cənub hissəsi. Ancaq əsas hissə Ermənistanın təslim olunmasından sonra azad edildi, bir güllə atılmadan. Həm Laçının əksər hissəsi, Kəlbəcər, Ağdamın böyük hissəsi Ermənistan tərəfindən məcburən bizə qaytarılmışdır və ondan bu yana Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmağa başlamışdır.
May ayı sizin üçün ikiqat bayram ayı olacaq - həm müstəqillik bayramı, həm də Bəyliyə qayıtdığınız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşa işğalından 10 gün sonra. Bu, böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm də bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki ovaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki, indi yoxdur. Artıq uzun illərin Laçın-Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı.

Bilirsiniz, o vaxt o dövrü yaşayan insanlar yaxşı bilir ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər, o da ölkəmiz üçün böyük bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o, artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bu gün bütün ərazisində öz suverenliyini bərpa edib. May ayı bundan sonra ancaq sizin üçün, bizim hamımız üçün bayram ayı kimi olacaqdır. Sağ olun.

Sakinlər: Allah canınızı sağ eləsin, Sizin sayənizdə, “Dəmir yumruq” sayəsində. Allah “Dəmir yumruğ”unuzu var eləsin, əziz Prezidentimiz.

Prezident İlham Əliyev: Sağ olun. İndi bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. Siz yaxşı bilirsiniz ki, işğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr günümüz var - Zəfər Günü, bizim 26 Avqust günümüz var - Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur. 23 Aprel var - o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu da bizim böyük Zəfər günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur oldu. Baxmayaraq ki, hələ həm İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra, 2023-cü ilin sentyabr ayına qədər müxtəlif xarici dairələrdən müxtəlif məkrli təşəbbüslər irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı. Çünki dediyiniz kimi, “Dəmir yumruq” yerindədir. Sizi təbrik edirəm, xoşbəxt yaşayın.

Sakin: Cənab Prezident, mən ailəm adından, Bəylik kəndi adından Sizə böyük minnətdarlığımı, təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Amin. Cani-könüldən deyirəm, Allah Sizi Azərbaycan xalqının üstündən əskik etməsin. Amin. Mehriban xanımla qoşa yarayın, qoşa qarıyın. Var olun. Hamınız var olun…..

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

X X X

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

X X X

Prezident İlham Əliyev: İndi də gözəl bir mərasimə başlayaq, bayram ərəfəsində.

Qadın sakin: Bizim üçün ikiqat bayramdır.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Mayıl Həsənov: Allah canınızı sağ eləsin. Sizin siyasətiniz sayəsində biz 32 ildən sonra öz vətənimizə gəlib yetişmişik.

Prezident İlham Əliyev: Allaha şükür.

Mayıl Həsənov: Sizin siyasətiniz sayəsində bu torpaqlar azad olunub. Bu torpaqlar uğrunda şəhid olanlara Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Amin.

Mayıl Həsənov: Onların valideynlərinin qarşısında baş əyirik.

Qadın sakin: Hamımız baş əyirik.

Mayıl Həsənov: Qazilərimizə cansağlığı arzulayırıq. Sizin də siyasətiniz bax, belə davam etsin. Ömürünüzün axırınadək bax, belə davam etsin.

Sakinlər: Amin, İnşallah.

Prezident İlham Əliyev: İnşallah. Təbrik edirəm.

İntizar Həsənova: Qalib xalqın qalib Prezidenti, Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun.

İntizar Həsənova: Sizi Bəylik kəndində görmək bizim üçün şərəfdir, qürurdur. Allah sizi qorusun. Allah sizi Azərbaycanın üstündən əksik etməsin. Qadınlar adından çox xahiş edirik ki, bizim minnətdarlığımızı Mehriban xanıma çatdırasınız.

Prezident İlham Əliyev: Çatdıraram mütləq, çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Xədicə Həsənova: Çox sağ ol, əziz Prezident. Mən də Sizi təbrik edirəm bizə belə xoş, rəvan, gözəl şərait yaratdığınıza görə. Həmişə başın uca, alnın açıq, ürəyin təmiz olsun, xalqın arxasında durasan.

Sakinlər: Amin.

Xədicə Həsənova: Xalq da sənin arxanda duracaq.

Prezident İlham Əliyev: Sağ ol. Çox sağ olun.

Mətləb Tağıyev: Cənab Prezident, mən Allahdan arzu edirəm ki, bundan sonra Siz 100 il sağlam ömür yaşayasınız.

Sakinlər: Amin. Amin.

Prezident İlham Əliyev: Sağ olun.

Mətləb Tağıyev: Siz böyük iş görmüsünüz, hələ çox görəcək işlərimiz var. Allah nailiyyətlərinizi, qələbələrinizi bol eləsin.

Sakinlər: Amin. Amin.

Prezident İlham Əliyev: Sağ olun.

Mətləb Tağıyev: Çox sağ olun.

Nüsrət Balakişiyev: Cənab Prezident, çox sağ olasınız.

Prezident İlham Əliyev: Sağ ol.

Nüsrət Balakişiyev: Allah Sizə ömür versin, qalan laçınlılarımıza da belə gözəl evlər tikib gətirib qovuşdurasınız.

Prezident İlham Əliyev: Hamısı qayıdacaq.

Nüsrət Balakişiyev: Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Hələ Laçında görüləsi işlər çoxdur.

Ülviyyə Həsənova: Çox sağ olun, təşəkkür edirəm. Olar yoldaşım da gəlsin, ikimiz də?

Prezident İlham Əliyev: Əlbəttə, bəli.

Ülviyyə Həsənova: Gəl ikimiz də şəkil çəkdirək.

Həyat yoldaşı: Çox sağ olun.

Ülviyyə Həsənova: 50 illik yubileyimdə mənim üçün ev hədiyyəsi. Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, ad günü münasibətilə.

Ülviyyə Həsənova: Bu gün 30 illik evlilik həyatımızın ən gözəl hədiyyədir, ən gözəl.

Həyat yoldaşı: Olar bir-iki kəlmə söz deyim?

Prezident İlham Əliyev: Əlbəttə.

Həyat yoldaşı: Cənab Prezident, 2012-ci il dekabrın 24-də laçınlı keçmiş məcburi köçkünlər üçün Ağcəbədi rayonunda salınmış Taxtakörpü qəsəbənin açılışına gələndə Siz demişdiniz ki, - mən də onda xidmət edirdim, - inşallah, torpaqlarımız azad olunacaq, bundan da yaxşı evlər tikib sizə açarları təqdim edəndə deyəcəksiniz ki, cənab Prezident, bizim şəhərimizə, bizim kəndimizə xoş gəlmisiniz.

Sakinlər: Xoş gəlmisiniz, xoş gəlmisiniz. Sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: O vaxt 50 illiyimi laçınlılarla birlikdə qeyd etdim. 60 illiyimi isə Şuşada qeyd etdim, Cıdır düzündə.

Sakin: Sizin 44 günlük müharibə dövründə söylədiyiniz bir fraqmenti xatırlatmaq istəyirəm. Almaniyalı jurnalist cənab Prezidentdən müsahibə götürəndə dedi ki, Qarabağ torpağı Sizin üçün niyə əzizdir? Cənab Prezident dərhal cavab verərək dedi ki, Avropanın nəhəng dövləti olan sizin Almaniya üçün Bavariya nə qədər əzizdirsə, Qarabağ torpağı da bizim üçün o qədər əzizdir. Sağ olun.

Prezident İlham Əliyev: Yadınızdadırsa, bir məsələni də demişdim. Deyirdilər ki, qondarma “Dağlıq Qarabağ”a, “Artsax”a müstəqillik verilməlidir, özü də bunu Fransadan deyirdilər. Dedim, mən razıyam, bir şərtlə ki, onlara Marseldə müstəqillik versinlər, mən də oranı tanıyım.

Dövlətimizin başçısı sakin Xatirə İsayevaya açarları təqdim edərək dedi: Təbrik edirəm.

Xatirə İsayeva: Çox-çox təşəkkür edirəm, cənab Prezident. Allah Sizə cansağlığı versin. Bu gözəl şəraiti yaratdığınıza görə təşəkkür edirəm. Çox-çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin Ədalət İsmayılova açarları təqdim edən dövlətimizin başçısı dedi: Təbrik edirəm.

Ədalət İsmayılov: Xoş gəlmisiniz, cənab Prezident. Allah Sizi bizim xalqımızın üstündən əskik etməsin. Allah rəşadətli Ordumuzu var etsin. Dövlətimizin Bayrağını daim uca etsin. Şəhidlərimizin məqamlarını uca etsin, ailələrinə səbir, dözüm nəsib etsin!

Prezident İlham Əliyev: Sağ olun.

Dövlətimizin başçısı sakin Vahid Cəmilova təbriklərini çatdıraraq ona açarları təqdim etdi.

Vahid Cəmilov: Xoş gəlmisiniz vətənimizə və vətəninizə.

Qadın sakin: Mən Prezidentimi hər dəfə görəndə ona cansağlığı arzulamışam. Var olun, Prezidentim, Mehriban xanımla birlikdə, balalarınla birlikdə. Öpürəm Sizi, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Digər qadın sakin: Gözəl Prezidentimiz, Sizinlə çox fəxr edirəm. Qoy, bizim Sizinlə ailəvi şəkilimiz olsun. Sizi çox sevirik.

Prezident İlham Əliyev: Gəlin, çox sağ olun.

Kişi sakin: Təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun.

Digər kişi sakin: Böyük fəxrdir bizim üçün, böyük fəxrdir. Şükür Allahın bugünkü gününə.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!