Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 13-06-2025, 21:14
Bakıya enən ermənilərin təhlükəsizliyi təmin olunub - RƏSMİ


Bakıya enən ermənilərin təhlükəsizliyi təmin olunub - RƏSMİ

İsrailin İrana hava zərbələrindən sonra İran, İraq və İsrail hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri səbəbindən 13 beynəlxalq aviaşirkətə məxsus təyyarələr uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat enişi ediblər. Xarici KİV-lərin məlumatlarına əsasən, ehtiyat enişi edən bəzi reyslərdə erməniəsilli Rusiya Federasiyası vətəndaşları da olub.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, bütün sərnişinlərin təhlükəsizliyi və rahatlığı təmin edilib. Onlara beynəlxalq aviasiya qanunvericiliyinə uyğun xidmət göstərilib.
Hazırda mövcud məlumata əsasən, ehtiyat enişi etmiş reyslərin yarıdan çoxu artıq uçuşlarına davam edib. Digər reyslər üzrə isə koordinasiya prosedurları beynəlxalq standartlara uyğun şəkildə davam etdirilir.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr edindirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə sahəsi üzrə alimləri həlak olub. Bundan başqa, hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, İranın nüvə və ballistik raket potensialının məhv edilməsi əməliyyatı bir neçə gün davam edəcək. Öz növbəsində, İranın Baş Qərargahı İsrailə cavab zərbələri endirilərkən heç bir məhdudiyyət qoyulmayacağını bəyan edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!