İtaliyadan Rusiyaya etiraz - SƏBƏB .....                        Komaya düşən polkovnik vəfat etdi .....                        Xəzər sahilində ölü suitilər aşkarlandı .....                        Sevan deyil, Göyçədir! - Tarixi XƏRİTƏ .....                        İki gəncin öldüyü dəhşətli qəzanın görüntüləri: 220 ilə gedirlərmiş .....                        Azərbaycan UNESCO-nun qərarını alqışladı .....                        Vuçiç təslim olur .....                        Həbs edilən icra başçısı apellyasiya vermədi .....                        Simonyan da namizəd oldu .....                       
Tarix : 13-06-2025, 18:46
Polşanın yeni səfiri Bakıya gəldi


Polşanın yeni səfiri Bakıya gəldi

13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Pavel Radomskini qəbul edib.
Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Yeni səfirin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.
Görüş əsnasında Azərbaycan-Polşa siyasi dialoqunun hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfər və təmasların münasibətlərimizin dayanıqlı xarakter daşıması üçün möhkəm zəmin yaratdığı bildirilib.
Azərbaycan-Polşa dövlətlərarası əlaqələrinin hərtərəfli və sistematik inkişafında Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya və Parlamentlərarası əlaqələr üzrə işçi qrupları kimi mexanizmlərin əhəmiyyətindən bəhs olunub.
İqtisadi, o cümlədən ənənəvi və yaşıl enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığımız üçün mövcud potensial və imkanlardan maksimum faydalanmaq üçün birgə fəaliyyətlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Humanitar istiqamət, o cümlədən təhsil, mədəniyyət, idman və gənclər ölçüləri üzrə əməkdaşlığın inkişafı və mübadilələrin gücləndirilməsi imkanları barədə danışılıb.
Nazir Ceyhun Bayramov görüş zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, eləcə də post-münaqişə dövrünün reallıq və inkişafları barədə qarşı tərəfə ətraflı məlumat verib. Cari ilin mart ayında Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların yekunlaşdığı, sazişin imzalanmasına maneə törədən amillər, o cümlədən Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı iddialar və Minsk Qrupu kimi aktuallığını və funksionallığını itirmiş mexanizmlərin ləğvi məsələsindən bəhs olunub.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq inkişaf və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!