Samir Nuriyev iclas keçirdi .....                        2026-cı ilin qeyri-iş günləri - CƏDVƏL .....                        II Qaregin çağırış etsə, hər şeyə hazırıq! - Sarkisyan .....                        Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH .....                        Paşinyanın dediyi müqavilədən sonra olacaq .....                        Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü .....                        Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq .....                        Bakıda oğurluq edib qaçan şəxslər tutuldu .....                        Paşinyan Moskvadakı iclasa yetişdi .....                       
Tarix : 18-09-2025, 17:30
Məhkəmə "Oleq Bakinski" ilə bağlı qərar verdi


Məhkəmə "Oleq Bakinski" ilə bağlı qərar verdi

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerlə bağlı hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin nümayəndəsi çıxış edib.
Vəkil Samir İsayev Konstantin Kuçerə verilmiş cəzanın ağırlaşdırılmasını xahiş edib. Həmçinin məhkəmədən dəymiş mənəvi ziyanın ödənilməsini xahiş edib.
Daha sonra dövlət ittihamçısı çıxış edib.
Prokuror Konstantin Kuçerə 178.4-cü maddə üzrə bəraət verilməsi barədə qərarın ləğv edilməsini, təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli bilinməsini, ona təyin edilmiş cəzanın 178.4-cü və 221.3-cü maddəyə münasibətdə ağırlaşdırılmasını istəyib.
Qeyd olunub ki, ona aşağı instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi cəza verilməlidir.
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.
Qərara əsasən, təqsirləndirilən şəxslərin müdafiəçilərinin, zərərçəkmişin apellyasiya şikayəti, dövlət ittihamçısının protesti təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Krapivinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 6 ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub. Konstantin Kuçerə isə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.
Dövlət ittihamçısı isə çıxışında Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!