Samir Nuriyev iclas keçirdi .....                        2026-cı ilin qeyri-iş günləri - CƏDVƏL .....                        II Qaregin çağırış etsə, hər şeyə hazırıq! - Sarkisyan .....                        Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH .....                        Paşinyanın dediyi müqavilədən sonra olacaq .....                        Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü .....                        Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq .....                        Bakıda oğurluq edib qaçan şəxslər tutuldu .....                        Paşinyan Moskvadakı iclasa yetişdi .....                       
Tarix : 6-10-2025, 14:11
Gəncəyə raket hücumu ilə bağlı sənədlər elan edildi


Gəncəyə raket hücumu ilə bağlı sənədlər elan edildi

Oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Məhkəmə iclasında 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinə raket atılması ilə bağlı sənədlər oxunub. Epizodlar üzrə tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibb obyektlərinə, həmçinin mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipli raketlərlə zərbələr endiriblər. Bununla da Ermənistan silahlı qüvvələri hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar, mülki vətəndaşların xəsarət alması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusilə külli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunan terrorçuluq və digər cinayətlər törədiblər.
İstintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilib, həlak olmuş şəxslərin meyitlərinin tibb eksperti tərəfindən müayinəsinin aparılması, habelə yaralanmış şəxslərin xəsarətlərinə dair tibbi rəylərin alınaraq iş materiallarına əlavə edilməsi, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin tanınaraq dindirilməsi həyata keçirilib, eyni zamanda, xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək iş üzrə dindirilməsi, habelə şahidlərin dindirilməsi və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.
Sənədlərdə qeyd olunub ki, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayanlardır.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!