Tarix : 15-10-2025, 16:58
Bakıda Zəfər Günü parad olacaqBakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.
Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq.
Artıq parada hazırlıq işlərinə başlanılıb.
Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.
Paylaş
Bölmə: Xəbər / Karusel / Xəbər lenti