26 yaşlı həmyerlimizin qətli kameralara düşdü - VİDEO
Marneuli bazarında azərbaycanlı iş adamının qətli və atasının yaralandığı insidentlə bağlı videogörüntü paylaşılıb. 4 yanvar günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində baş verən qanlı cinayəti törədən şəxsin ətrafdakı təhlükəsizlik kameralarından əldə edilən görüntülərinə əsasən onun gənc oğlan olduğu müəyyən edilib. Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub. Xatırladaq ki, 4 yanvar günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində silahlı insident qeydə alınıb. Qızıl mağazasının sahibi olan Bayramovlar – ata Telman Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib. Yaralılar Marneulidə yerləşən klinikalara yerləşdirilib. Telman Bayramov müalicə aldıqdan sonra “GeoHospital” klinikasından evə buraxılıb. 26 yaşlı Sahib Bayramov isə “Aversi” klinikasında həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib. Həmin görüntüləri təqdim edirik.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!