Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : Bu gün, 14:00
Ukraynada döyüşmək üçün azərbaycanlılara 28 min manat təklif olunur


Ukraynada döyüşmək üçün azərbaycanlılara 28 min manat təklif olunur

Rusiya-Ukrayna müharibəsinə Azərbaycan vətəndaşlarının cəlb olunması artıq gizli deyil. Müharibədə bu günə qədər onlarla Azərbaycan vətəndaşının həlak olması barədə məlumatlar var. Soydaşlarımızın hərbi əməliyyatlara cəlb olunmasında müxtəlif qeyri-rəsmi kanallar və sosial şəbəkələr vasitəsilə yayılan elanlar, əlaqələndiric şəxslər mühüm rol oynayır.
Xüsusilə "VK.com" və "Telegram" platformalarında Rusiya Müdafiə Nazirliyinin adından istifadə edilərək cəlbedici şərtlərlə hərbi xidmət təklifləri yerləşdirilir.
Yayılan elanlarda Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrinin vətəndaşlarına müqavilə əsasında xidmət təklif olunur. Şərtlər isə kifayət qədər "səxavətli" görünür.
Belə ki, müqavilə bağlanan an muzdlu döyüşçüyə dərhal 1 500 000 rubl (təxminən 28 000 AZN) birdəfəlik ödəniş verilir, aylıq 210 min rubla (təxminən 4 000 AZN) qədər məvacib kəsilir. Bundan başqa, cəmi 6 aylıq xidmətdən sonra Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsi vəd edilir.
Təklif olunan vəzifələr arasında hücum qrupları, dron operatorları, minaaxtaranlar və sürücülər (C, D, E kateqoriyalı) yer alır. Lakin bu vədlərin arxasında dayanan reallıq daha acınacaqlıdır. Son statistikalar göstərir ki, bu yolla cəbhəyə gedən azərbaycanlılar ən qaynar nöqtələrə göndərilir və onların arasında ölüm halları olduqca yüksəkdir.
Məsələnin ən ciddi tərəfi isə hüquqi məsuliyyətdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, vətəndaşlarımızın xarici ölkələrin hərbi birləşmələrində, münaqişə zonalarında muzdlu və ya könüllü qismində iştirakı ağır cinayət hesab olunur. Bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Ekspertlər vətəndaşları bu cür "maddi vədlərə" aldanmamağa, həm həyatlarını, həm də hüquqi gələcəklərini riskə atmamağa çağırırlar. Sosial şəbəkələrdə rast gəlinən bu növ elanlar əslində bir çox hallarda geri dönüşü olmayan "ölüm biletidir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!