Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                        Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU .....                        Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi .....                        Daha bir mətbuat katibi medalla təltif olunub .....                        Kim Çen In 13 yaşlı qızını varisi təyin edib .....                        Ukraynada 20 deputat zəhərləndi .....                        Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək .....                        Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır .....                       
Tarix : 22-01-2026, 21:56
Kamran Əsədovun qaynı ona təzyiq edirmiş


Kamran Əsədovun qaynı ona təzyiq edirmiş

Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərdən bəziləri ifadə verib.
Proses təxminən 3 saatdan artıq davam edib.
Məhkəmədə şahid qismində tanınan G. Quliyeva ifadə verib. O, Gündüz Abbasovu yox, amma Kamran Əsədovu tanıdığını bildirib.
İfadəsində qeyd edib ki, övladı buraxılış imtahanından az bal toplayıb. K. Əsədovu ekspert kimi tanıdığını və ondan övladının kollecə qəbul olmasında kömək istədiyini deyib. K. Əsədov isə öz növbəsində kömək edəcəyini, hətta, universitetə qəbul olacağını bildirib.
Bunun müqabilində K. Əsədova 15 min manat ödəyib.
G. Quliyeva eyni zamanda K. Əsədovun köməkçisi olan Bəhmən adlı şəxsin ona məhkəməyə getməməsi üçün təsir etdiyini də deyib. Ona vatsap mesajlaşma proqramı vasitəsilə səs yazısı atdığını bildirib. Hakim G. Quliyevadan səs yazısını təqdim edilməsini istəyib.
O əlavə edib ki, sonradan verdiyi pulu geri istəsə də, K. Əsədov məbləği qaytarmaqdan imtina edib.
Lakin qadın ibtidai istintaqa çağırıldıqdan sonra K. Əsədov 15 min manatı geri qaytarıb.
Daha sonra Bəhmən Hüseynli hakimə ifadə verib.
Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin B. Hüseynli hakimin sualına tam cavab verə bilməyib.
Bundan sonra B. Hüseynlidən avadanlıqların kimin vasitəsilə hazırlandığı və necə quraşdırılması soruşulub. O bildirib ki, avadanlıqların mahiyyətini bilməyib, həmin şəxslərin K. Əsədovun ofisində məşq etdiyini görüb. O bildirib ki, kürəkəninin pul almasına şahidlik etməyib.
Məlumat üçün bildirək ki, B. Hüseynli K. Əsədovun qaynıdır.
Qeyd edək ki, növbəti məhkəmə prosesi sabah saat 14:00-a təyin olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!