Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
Tarix : 30-06-2016, 14:49
MTN-nin tutduğu şəxs azadlıqda



Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan və narkotik maddələrin istifadəsində təqsirləndirilən şəxs barəsində Nəsimi rayon məhkəməsinin hökmündən prokurorluğunun verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Butov.az AzNews.az-a istinadən xəbər verir ki, vəkil Adəm Məmmədov qeyd edib ki, təqsirləndirilən Nəcəf Fuad Valeh oğlu keçmiş MTN-nin əməkdaşları İbrahimov Elnur, Ələkbərov Yunis və Səfərov Əfqan tərəfindən saxlanılıb: “Həmin əməkdaşlar hüququnu müdafiə etdiyim şəxsi döyərək yaşadığı mənzilə aparıb və bir müddət axtarış apardıqdan sonra 13 saylı MKİS-nə zəng edərək iki nəfər hal şahidinin göndərilməsini tələb ediblər.

Məhkəmə istintaqı zamanı keçmiş MTN-nin əməkdaşları tərəfindən çağrılmış hal şahidləri ifadələrində göstəriblər ki, mənzilə daxil olan zamanı əməlliyat müvvəkili E.İbahimov əlində büklünü göstərərək içərisində narkotik maddə olan kokain olduğunu və təqsirləndirilən şəxsin üzərindən çıxdığını deyib.

Həmçinin hal şahidləri təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi istintaq hərəkətində iştirak etmədiklərini və bu barədə tərtib edilmiş baxış protokolunu oxumadan imza etdiklərini göstəriblər.

Bundan başqa, keçmiş MTN-nin əməkdaşları tərəfindən hüquqlarını müdafiə etdiyim şəxsi öz mənzilənə döyərək gətirdikləri zaman sonuncunun evinin giriş hissəsində olan müşahidə kamerası olanları qeydə alıb. Həmin çəklişdən də görsənir ki, tutulan şəxsin üzərinə baxış istintaq hərəkəti hal şahidlərinin iştirakı olmadan keçrilib.

Eyni zamanda müşahidə kamerasının qeydə aldığı çəklişdən də görünür ki, Nəcəf Fuad Valeh oğlunun gözünün altı zərbədən qançır olub”.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində prokurorluğun verdiyi protest təmin edilməyərək, Nəsimi rayon Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!