Nəzrinin ölümündə günahlandırılan həkim barədə qərar verildi .....                        Sayt rəhbərinə hökm oxundu .....                        İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                       
Tarix : 16-06-2017, 19:17
İlk dəfə bu ölkə ilə memorandum imzalandı

Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi ilə Estoniya Sertifikat Mərkəzi arasında ilk dəfə olaraq elektron şəkildə beynəlxalq səviyyəli Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycanın “Asan İmza” və Estoniyanın “Mobile ID” elektron imzaları vasitəsilə həyata keçirilib. Memorandumu vergilər nazirinin müavini Sahib Ələkbərov və Estoniya Sertifikat Mərkəzinin icraçı direktoru Kalev Pihlin imzalayıblar.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, imzalama Bakıda “Asan İmza” mobil elektron imzanın milli operatoru olan “B.EST Solutions” şirkətinin təşkilatçılığı ilə keçirilən “ID/DIALOGUES: SMART Mobile Azerbaijan” konfransı çərçivəsində həyata keçirilib.

Mobil şəbəkə operatorları üçün “Asan İmza” vasitəsilə innovativ xidmətlərin göstərilməsində yeni trend və tendensiyalara həsr olunmuş konfransda Azərbaycan, Rusiya, Ukrayna, Mərakeş, Braziliya, Fransa, İran və Əfqanıstanın regional lider şirkətləri, bank və mobil operatorlarının nümayəndələri öz innovativ təcrübələri ilə bölüşüb, konfransın proqramının aktual məsələlərini müzakirə ediblər.

Bildirilib ki, bu gün ən innovasiyalı və perspektivli istiqamətlərdən biri istifadəçilərə nəinki böyük şəhərlərdə, eləcə də regionlarda geniş imkanlar təqdim edən mobil texnologiyalardır. İnnovativ Azərbaycanın rəqəmsal ticarət qovşağı üçün açar olan “Asan İmza” əsasında “m-Residency”, “Asan İmza” ilə inteqrasiya olunmuş elektron xidmətlər, mobil identitetin istifadəsi ilə ən yeni maliyyə xidmətləri və ödəniş sistemləri kimi nailiyyətləri nümayiş etdirilib, NFC vasitəsilə “Asan İmza”nın eSIM-də, mobil cüzdanlarda, ödəmələrdə, əşyaların internetində və s. istifadəsinin yeni metodları işıqlandırılıb.

Konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının direktoru və E-xidmətlərin rəhbəri Zaur Qardaşov, Azərbaycanda “Asan İmza” mobil elektron imza xidmətinin milli operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi və direktoru Yana Krimpe və başqaları məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, “ID/DIALOGUES: SMART Mobile Azerbaijan” konfransı müntəzəm keçiriləcək və 2014-cü ildə Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində başlanan “Azərbaycanda innovasiyalar və mobil identifikasiya: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü” konfransının davamı hesab edilir. Konfrans Avropa İttifaqı və Vergilər Nazirliyinin təşəbbüsü ilə təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, “Asan İmza” xidməti Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaradılmasına təkan verəcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!