Kreml: Hazırda Rusiya-ABŞ sammitinə ehtiyac yoxdur .....                        PKK İraq və Suriyada da fəaliyyətini sonlandırmalıdır - Fidan .....                        Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır .....                        Siqaret qadağası tətbiq edən ilk ölkə - Maldiv adaları .....                        Türklər haqqında təsəvvürümüz Rusiyanın uydurmasıdır - Paşinyan .....                        İran nüvə obyektlərini yenidən quracaq - Pezeşkian .....                        Mbappe Anrini geridə qoydu .....                        Yamala sağalmaz xəstəlik diaqnozu qoyulub .....                        Bakıda və rayonlarda yağış yağacaq - SABAHIN HAVASI .....                       
Tarix : 6-07-2017, 20:25
Azərbaycanda 500-ə yaxın insana orqan köçürülüb

Ümumilikdə Azərbaycanda indiyədək 500-ə yaxın insana orqan köçürülüb.
Butov.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, donorların da sayı nəzərə alınarsa, indiyədək təxminən 1000-ə yaxın xəstə transplantasiya əməliyyatına məruz qalıb.

M.Kazımi qeyd edib ki, 2008-ci ildən bu günə qədər 107 qaraciyər, 346 böyrək transplantasiyası əməliyyatı icra edilib. Azərbaycanda transplantasiya edilənlər arasında uşaqlar olsa da, orta yaşlılar üstünlük təşkil edir.

M.Kazımi qeyd edib ki, qaraciyər transplantasiyası əməliyyatı olunanlar arasında ümumi ölüm göstəricisi 23,3 faizdir: "Amma onların bir çoxu əməliyyatdan 1, 3, 5 il sonra müəyyən səbəblərdən vəfat edib. Xəstələrimizin 11,6 faizi, yəni 12 nəfəri transplantasiya olunduqdan sonra xəstəxanada yatdığı müddətdə dünyasını dəyişib. Dünya statistikasına görə, qaraciyər transplantasiyasından sonra fəsadlaşma və ölüm göstəriciləri təxminən 20-30 faizdir. Azərbaycanda əməliyyatdan sonrakı ilk bir ildə ölüm faizi 11,6 faizdir".

M.Kazımi qeyd edib ki, böyrək transplantasiyası olan adamlar arasında ölüm göstəricisi 4,7 faizdir.

Onun sözlərinə görə, həmin şəxslərin də hamısı əməliyyatdan sonra dünyasını dəyişənlər deyil.

Şura üzvü əlavə edib ki, indiyədək böyrək transplantasiyası nəticəsində 15 nəfər dünyasını dəyişib: "Bir fakt göstərim. Böyrək transplantasiyası olmuş bir xəstəmiz əməliyyatdan bir neçə il sonra qohumunun toyunda rəqs etdiyi zaman infarktdan dünyasını dəyişib. Amma təəssüf ki, ictimaiyyət bunu "əməliyyat edildi, öldü" kimi qələmə verir. Orqan köçürülmüş insanlar hər zaman dünyasını həmin orqanda yaranan problemlərə görə dəyişmirlər. Onlar müxtəlif səbəblərdən dünyasını dəyişə bilirlər".

M.Kazıminin sözlərinə görə, ən böyük uğurlardan biri 9 xəstənin qaraciyər və böyrək transplantasiyası olunduqdan sonra dünyaya övlad gətirməsidir: "Orqan çatışmazlığı olan xəstələrdə hormonal balansda da pozulma olur. Onlar nəsilartırma qabiliyyətlərini itirirlər. Amma orqan köçürüldükdən sonra bu qabiliyyətlərini yenidən əldə edirlər".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!