KÖVRƏK DUYĞULAR .....                        ABŞ Ermənistana yardımı dayandırdı .....                        Əli Əsədov Kavelaşvili ilə nələrdən danışdı.. .....                        Mayın 9-da Moskvaya gedəcəm - Baş nazir meydan oxudu .....                        Küləklə bağlı XƏBƏRDARLIQ .....                        Mirzoyan fransalı həmkarı ilə regionu müzakirə etdi .....                        İmkanları olsa, Gürcüstana tankla girərlər .....                        "Vasmoy" ətrafında küçə ticarəti yığışdırıldı .....                        “Onların məqsədi torpaqları işğal etmək idi” - Vardanyanın məhkəməsi .....                       
Tarix : 23-11-2015, 09:17
Tibb Universitetində sümük iliyi transplantasiyası şöbəsi yaradılır



Tibb Universitetində sümük iliyi transplantasiyası şöbəsi yaradılır.

Butov.az-ın FaktXəbər-ə istinadən verdiyi məlumata görə, Akademik Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında yeni qurulmaqda olan sümük iliyi transplantasiyası şöbəsinə baş çəkərək işlərin gedişi ilə yerində tanış olub və öz tövsiyyələrini verib. Tədris-terapevtik klinikanın direktoru professor Surxay Musayev məlumat verərək bildirib ki, şöbənin qurulmasında son tamamlama işləri gedir və lazım olan avadanlıqların əksəriyyəti klinikaya gətirilərək qurulmuşdur.

Hematologiya şöbəsinin müdiri Valeh Hüseynov qeyd edib ki, “bütün dünyada olduğu kimi Respublikamızda da hematoloji xəstələrin sayı artmaqdadır. Tibbin son nailiyyətlərinə əsasən bu gün bir çox hematoloji xəstəliklərin sağalmasına nail olmaq mümkündür. Yeni müalicə protokolları ilə yanaşı onko-hematoloji xəstələrin müalicəsində əsas yeri sümük iliyi və ya kök hüceyrə transplantasiyası tutur. Son illərdə kök hüceyrə transplantasiyası tibbin digər sahələrində də tədbiq olunur. Xüsusilə bəzi onkoloji, qastroenteroloji, kardioloji xəstəliklərin müalicəsində geniş istifadə olunur”.

Qeyd edək ki, Tibb Universitetinin Tədris-terapevtik klinikasında yaradılan yeni şöbə kök hüceyrə toplanması, dondurulması üçün cihazlarla təchiz olunmuşdur. Sümük iliyi transplantasiyanın həyata keçirilməsi üçün xüsusi steril şərait və hepafiltrlə təchiz olunmuş bölmənin qurulması işləri sona çatmaqdadır. Təbii ki, bu işlərin həyata keçirilməsi üçün peşəkar personalın olması əsas şərtlərdən biridir. Bunun üçün ona yaxın həkim və tibb bacısı Türkiyə və Avropa ölkələrinin müxtəlif klinikalarında təkmilləşmə kursu keçmişlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!