Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
Tarix : 25-11-2015, 11:26
"Sevimli şou" ciddi nəzarət altındadır, Zaur və Xoşqədəmin verilişləri isə...



"Bizim tövsiyələrimizdən sonra "Space" televiziyasında yayımlanan "Sevimli şou" verilişinin formatında müəyyən dəyişikliklər edilmişdi. Amma son vaxtlar biz müşahidə edirik ki, veriliş getdikcə əvvəlki formatına qayıtmaq üzrədir".

Butov.az Axşam.az-a istinadən xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, "Sevimli şou" ciddi nəzarət altındadır:

"Təbii ki, "Sevimli şou"nun əvvəlki formatında ciddi qanun pozuntuları yox idi. Ancaq efirin toyxanaya çevrilməsi, aparıcının müəyyən bayağı hərəkətlərə yol verməsi ictimaiyyətin narazılığına səbəb olurdu".

MTRŞ rəsmisi əlavə edib ki, ATV telekanalında yayımlanan, Zaur Baxşəliyevin aparıcı olduğu "Bizimləsən" verilişində hazırda narahatlıq doğuran məqamlar yoxdur:

"Amma veriliş diqqətimizdədir. Ola bilər ki, verilişin aparıcısı hələ ki köhnə ampluasından tam çıxa bilməyib. Amma hər halda əvvəlki nöqsanlar qeydə alınmayıb".

Şöbə müdirinin sözlərinə görə, "Xəzər" televiziyasında yayımlanan "Hər şey daxil" verilişində əvvəllər müşahidə olunan nöqsanlar hazırda qeydə alınmır:

"Bağlanan verilişlər xaric, bağlanmayan, lakin ictimaiyyət arasında daha çox müzakirə olunan verilişlərdə əvvəl ciddi qanun pozuntuları yox idi. Ona görə onlarla bağlı daha sərt qərar verilmədi. Məsələn, ANS televiziyasında yayımlanan "Məchulu tapın" verilişi yayım proqramında yoxdur. Eyni zamanda, "Xəzər" televiziyasında yayımlanan "Ay Zaur" verilişinin formatında müəyyən dəyişiklik edilib. Düzdür, əvvəlki kimi qıcıqlandırıcı məqamlara rast gəlinmir, amma bütün hallarda verilişin şou-biznes xarakteri qalmaqdadır. Bu veriliş də nəzarətimizdədir. Bizim gördüyümüz işlər kampaniya xarakteri daşımır. İctimaiyyətin ciddi narazılığına səbəb olan, qanunvericiliyin tələblərini pozan verilişlərlə bağlı gələcəkdə də tədbirlər görülə bilər. Düzəlişlər mövsümi xarakter daşımasa, verilişlər əvvəlki formatına qayıtmasa, yaxşı olar. Kanalların təmsilçiləri, aparıcılar bu məqamları nəzərə alsalar, ümumi işin xeyrinə olar".

T. Dadaşov qeyd edib ki, Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu "Deməsək, olmaz" verilişi əvvəlki formatından tamamilə fərqləni


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!