Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Daha bir marşrut üzrə avtobuslar yeniləndi .....                        Vardanyanın məhkəməsi yekunlaşdı - YENİLƏNİB .....                        İlham Əliyevlə Vensin məhdud tərkibdə görüşü keçirilir .....                        Azərbaycan Prezidenti ABŞ-nin Vitse-prezidentini qarşıladı .....                        Deputatlar 10 məsələ üçün toplaşır - GÜNDƏLİK .....                       
Tarix : 5-10-2015, 14:02
“Efiri toyxanaya çeviriblər” - Açıqlama


“Aparılan araşdırmalar göstərir ki, Azərbaycan cəmiyyətinin intellektual kəsiminin böyük bir hissəsi çox təəssüf ki, xəbərlər informasiya proqramından başqa, yerli kanallardakı əyləncəli verilişlərə baxmır. Onlar əsasən, Rusiya və Türkiyə telekanallarında yayımlanan əyləncəli verilişləri izləyirlər”.

Butov.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, buna əsas səbəb Azərbaycan telekanallarında yayımlanan əyləncəli verilişlərin səviyyəsinin aşağı olmasıdır: “Bu isə Azərbaycan tamaşaçısının avtomatik olaraq, xarici telekanallara meyllənməsinə gətirib çıxarır. Bu da əlbəttə ki, böyük siqnaldır. Bu vəziyyətin qarşısını almaq üçün Şura fəaliyyətini daha da gücləndirib. Şuraya əlavə səlahiyyətlər televiziyalarda vəziyyətin düzəldilməsi üçün verilib. Məqsəd də efirin təmizliyini qoruyub saxlamaq, verilişlərin səviyyəsini artırmaqdır. Bu bizdən daha çox televiziyalara və cəmiyyətə lazımdır”.

Şöbə müdirinin sözlərinə görə, ANS televiziyasında yayımlanan “Məchulu tapın”, Xəzər telekanalında yayımlanan “Ay Zaur”, “5/5”, “Hər şey daxil” və Space" televiziyasında yayımlanan “Sevimli şou” nəzarət altındadır: ““Sevimli şou”da aşağı zövqlərə köklənən müəyyən musiqi parçaları səslənir ki, bu, cəmiyyətin müəyyən təbəqəsinə köklənib, geniş auditoriya üçün deyil. Efirin toyxanaya çevrilməsini, habelə aparıcının bayağı davranışlarını nümunə göstərə bilərik. Sadaladıqlarım barədə narazılıq var. Düzdür, “Sevimli şou”da konkret heç kim təhqir olunmur. O cümlədən “5/5” verilişində həm aparıcının kobud davranışı, həm verilişin formatı, həm də verilişdə müzakirəyə çıxarılan mövzularla bağlı narahatlıq var. Həm də bu verilişdə eyni qonaqların mütəmadi verilişə çağırılması ilə bağlı şübhələr var. “Hər şey daxil” verilişində efirə yaraşmayan qeyri-etik ifadələrlə bağlı şəxsən mən özüm arayış yazmışam. Bütün hallarda problemin miqyası məsələsi var. Məsələn, “ANS” televiziyasında yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərində problemi birdəfəlik aradan qaldırmaq lazım idi. Lakin yuxarıda adlarını çəkdiyim verilişlərin formatını müəyyən mənada cilalamaq, nizama salmaq mümkündür. Təbii ki, bu effekt verməsə inzibati metodlardan istifadə olunacaq”.

T. Dadaşov qeyd edib ki, hazırda bu istiqamətdə iş davam edir: “Şura verilişlərin məzmununa müdaxilə etmir. Amma ictimaiyyətdən gələn siqnallar əsasında telekanallara müəyyən tövsiyələr verir. Artıq iradlarımız telekanallara çatdırılıb. Kanallardan müəyyən şəxslər dəvət olunub və müzakirələr aparılıb. Biz ilk növbədə gözləyirik ki, telekanallar özləri tədbir görsün. Belə olmayacağı təqdirdə isə əlbəttə Şura qərar verəcək”.




Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!