"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 5-03-2018, 22:14
“Erməni faşizmi Hitler faşizmindən də təhlükəlidir” - Boran Əziz

Ordu və cəmiyyət

Müsahibimiz tarix üzrə fəlsəfə doktoru Boran Əzizdir. Tarixçi alim elmi dövriyyəyə təqdim etdiyi yeni monoqrafiyasında Xocalı soyqırımının mahiyyətini faktlar və sənədlər əsasında araşdırıb.

-Boran müəllim, xalqımıza qarşı görünməmiş vəhşiliklərlə, insanlığa yaraşmayan üsullarla dəhşətli soyqırımının həyata keçirilməsində başlıca məqsəd nə idi?

-Xalqımızı müstəqillik yolundan döndərmək, azadlıq ideyalarını sarsıtmaq.

-Tarixdən məlumdur ki, Xocalı şəhəri bir neçə dəfə erməni təcavüzünə məruz qalıb. XX yüzilin əvvəllərində 1905-1906, 1917-1918-ci llərdə bu yaşayış məntəqəsi ermənilərin hücumu nəticəsində yandırılsa da, talan edilib dağıdılsa da, yenidən bərpa olunaraq yaşamını davam etdirib. Ancaq... 1992-ci ilin fevralında bu qəsəbədə görünməmiş soyqırım törədildi.


-Sovetlər dövründə Xocalının 7 min əhalisi, 3000 min hektardan çox əkin və bağ sahələri, məktəb, kitabxana, mədəniyyət evi var idi. 1988-ci ilin fevralında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayanda onun ilk zərbələrindən biri Xocalıya dəydi.Şəhərin Xankəndi, Əsgəran, ermənilər yaşayan digər qəsəbə və kəndlərində işləyən sakinləri işdən qovuldular. Tarixi Azərbaycan torpaqları olan Ermənistandan qovulmuş 130 azərbaycanlı ailəsi, Fərqanədən didərgin salınmış 40 mesxeti türk ailəsi də Xocalıya pənah gətirmişdi. Onlara burada torpaq sahəsi də ayırmışdılar. Özləri üçün ev tikib şərait yaratmışdılar.
1989-1990-cı illərdə münaqişənin gərginləşdiyi zamanlarda ermənilər Dağlıq Qarabağa, Şuşaya gedən yollarda azərbaycanlı əhalisinə o cümlədən də xocalılara məxsus olan maşınları daşa basır, əzir, yandırır, insanları girov götürüb qətlə yetirirdilər. Bu xəbərləri hər gün televiziya ekranlarından eşidir, qəzet səhifələrindən oxuyurduq...
Mən özüm də qarabağlıyam. Ağdamın Mərzili kəndində doğulub böyümüşəm. O günlərin ağrı-acısı içimdən keçib, o facələri, o müsibətləri anbaan yaşamışam.O hadisələrin canlı şahidiyəm. Yaddan çıxan dərd deyil, Xocalı, Qaradağlı, Meşəli, Kərgicahan dərdi.Mənfur qonşularımız elə əvvəl gündən niyyətlərini bildirmişdilər. Xocalı camaatı qorxmaz, qoçaq, mərd insanlardı. Xocalının igid oğulları erməni quldurlarına tutarlı cavablar verirdilər.

-İşğalçı erməni qüvvələrinin Xocalıya ilk irimiqyaslı hücumu nə vaxt olmuşdu?

-1988-ci il sentyabrın 18-də.Onlar belə hesab edirdilər ki, elə ilk həmlə ilə Xocalını məhv edib bu maneəni aradan qaldıra biləcəklər. Həmin gün Xankəndidəki nümayişdən çıxan 5 minə qədər erməninin bir qismi piyada, bir qismi maşınlarla Xocalının üstünə hücum etdi. Hücumdan xəbər tutan Xocalının 150 nəfər cəsur oğlu onların qarşısına çıxdı. “Ura”!deyərək əks-hücuma keçdilər. Bu döyüşdə 27 nəfər azğın erməni öldürüldü. 100-ə qədəri isə yaralanmışdı. Bu,erməni quldurlarına vurulan ilk güclü zərbə idi. Məhz bundan sonra “yazıq”, “fağır” erməniləri azərbaycanlıların “hücum”larından qorumaq adı ilə Xocalı şəhərinin sərhədlərində sovet qoşun hissələri yerləşdirildi...

- 366-cı alayı nəzərdə tutursunuz?


-Bəli. Bu alayın tarixinə nəzər yetirək.366-cı alay Gəncədə yerləşən sovet ordusuna məxsus diviziyanın tərkibində olub. Nədənsə, 1986-cı iidə birdən-birə bu alay Xankəndi şəhərinə köçürüldü.Və həmin alayın tərkibində çoxlu sayda erməni zabit, gizir,əsgər heyəti yerləşdirilməyə başlanıldı. Buradan aydın olur ki, ermənilər qabaqcadan hazırlıq işləri görürmüşlər.

1992-ci ilin fevralında Quşçular, Qaybalı, Malıbəyli kəndləri uzun müddət mühasirədə olmasına və yerli könüllü dəstələrin müdafiəsinə baxmayaraq, 366-cı alayın yaxından köməkliyi nəticəsində işğal olundu. Bu döyüşlərdə də çoxlu sayda soydaşımız erməni vəhşıləri tərəfindən qətlə yetirildi.Xocalıya qədər ən dəhşətli qırğın Qaradağlıda baş vermişdı. Fevralın 17-də bu kənd dörd illik mühasirədən ( kəndin dörd tərəfi də erməni kəndi idi.) sonra qüvvələrin qeyri bərabərliyi nəticəsində ermənilər tərəfindən işğal olundu. Bu kəndin camaatı da sonadək qəhrəmancasına düşmənlə mübarizə apardı. 77 nəfər Qaradağlı sakini öldürülmüşdü ki, onlardan 48 nəfəri son dərəcə ağır işgəncələrlə qətlə yetirilmişdi. Hətta bir qismi yandırılmışdı da. Bu insanların əksəriyyətini öz övladlarının, həyat yoldaşlarının, ata-analarının gözləri qarşısında qətlə yetirmişdilər.

-Bu gün bəşəriyyət haqlı olaraq Hitler faşizmi üzərində Qələbə gününü qeyd edir. Bununla da faşizmin bəşəriyyət üçün nə qədər böyük bəla olduğu insanlara xatırlanır...


- Mən isə deyərdim ki, erməni faşizmi Hitler faşizmindən qat-qat təhlükəlidir. Faşistlər tarixi abidələri məhv etməyiblər, dinc sakinləri qırmayıblar. Amma erməni faşistləri kəndləri, yaşayış evlərini dağıdaraq elə vəziyyətə salıblar ki, yenidən oraya qayıdıb yaşamaq mümkün olmasın. Hər yerdə tarixi, mədəni abidələri tamamilə məhv ediblər. Bu tarixi abidələr təkcə Azərbaycan xalqına məxsus deyildir. Azərbaycan Qafqazın, Qafqaz da dünyanın bir hissəsidir. Azərbaycan nəinki Qafqazda hətta dünyada ilk insanların yarandığı, tayfa ittifaqlarının və ilkin dövlət qurumlarının meydana gəldiyi ərazilərdən biridir. Bu cəhətdən də buradakı tarixi abidələrin bütövlükdə dünya üçün böyük əhəmiyyəti vardır. Bax, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində dünya əhəmiyyətli belə tarixi abidələri məhv ediblər. Məsələn, təkcə Azıx mağarası dünyada bəşər sivilizasiyasının ilk insan məskənləri içərisində ikinci,üçüncü yerdə dayanırdısa, keçmiş sovetlər ittifaqında isə birinci idi.

-Əslində Xocalı heç də təsadüfən işğal edilməyib, bu şəhərin alınması üçün ermənilər güclü hərbi və canlı qüvvə toplamışdılar.

- Əlbəttə, Xocalı faciəsi əvvəlcədən ciddi şəkildə düşünülüb hazırlanmış bir hərbi əməliyyat idi. 366-cı alay da bu hərbi əməliyyata, bu hərbi təcavüzə rəhbərlik etmişdi. Xocalı soyqırımı ərəfəsində 366-cı alayın komandiri polkovnik Zarviqarova general-mayor rütbəsi verilmişdi. Bu yüksək rütbənin verilməsi onu göstərirdi ki, soyqırımını törədəcək və icra edəcək bu adamı ruhlandırmaq lazımdır. Araşdırmalarımıza görə, 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi.

-Şahidi olduğunuz o dəhşətli günləri necə xatırlayırsınız?


Xocalı qətliamı ərəfəsində və ondan sonrakı günlərdə Bakı Dövlət Universitetinin bir qrup müəllim heyəti ilə birlikdə o proseslərin içində idik. Soyqırımı baş verdikdən sonra vəhşiliyə məruz qalan insanların Ağdamda qarşılanmasını gözlərimizlə görürdük. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən qəddar vandalizm aktı idi. Miqyası baxımından yalnız 1918-ci il mart soyqırımı ilə müqayisə oluna bilərdi. Xalqımız bu qətliamdan, bu faciədən qorxmadı, çəkinmədi. Sonadək müstəqilliyini qoruyub saxladı.

- Xocalı soyqırımını törədənlər hələ də cəzalarını almayıblar.


Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi cəzalandırılması” konvensiyasının rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bəşəriyyətə qarşı yönəlmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Koçeryan və digərləri baş vermiş soyırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayət – Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxaq siyasi-hüquqi qiymət verməlidir.
Xocalı soyqırımına aid 6 ölkədə abidə ucaldılıb.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xalqımızın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə müraciətində qeyd edirdi ki, bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırmı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

-Ordumuzun əsgər və zabitlərinə sözünüz...


Ordu xalqın müdafiəçisidir dövlətin təhlükəsizliyinin təminatçısıdır. Orduda xidmət edən hər bir kəs ən yüksək hörmətə layiqdir. Sizə deyim ki, tarixən də belə olub. Məsələn, Səfəvilər dövründə döyüşçülər o qədər böyük nüfuza malik olublar ki, hətta süfrə duasında onların bir-bir adları çəkilib. Yəni bizim milli-mənəvi dəyərlərimizdə, dünyagörüşümüzdə əcdadlarımızın həyat tərzində orduya belə yüksək hörmət olub. Bu gün biz ordumuzla fəxr edirik. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun aprel qələbələrinin ardı gələcək. Erməni işğalçılarının tapdağında olan Qarabağımız, Şuşamız, Ağdamımız, Laçınımız, Kəlbəcərimiz digər ərazilərimiz ordumuzun vətənpərvər, igid oğullarının sayəsində azad olunacaq, Xocalı soyqırımının qisası alınacaqdır.

Müsahibəni apardı: Lalə HÜSEYNOVA


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!