Əhərli dostumuzu təbrik edirik! .....                        Bu gün ilaxır çərşənbəsidir .....                        Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi .....                        Ərdoğanla Putin arasında telefon danışığı baş tutub .....                        Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu .....                        Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi .....                        Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama .....                        Tehranlı soydaşımız mükafatlandırıldı .....                        Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq .....                       
Tarix : 12-01-2021, 19:48
Nurulla Əliyev Avropa Təbiət Elmlər Akademiyasının həqiqi (akademik) üzvü seçilib.


Tarixçi alim, “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru Nurulla Əliyev Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmlər Akademiyasının həqiqi (akademik) üzvü seçilib. N.Əliyev, həmçinin tarix elminin inkişafına verdiyi töhfələrə görə Akademiyanın fəxri “Leybnits” medalına layiq görülüb.

Akademiyanın həqiqi üzvlük diplomu və fəxri medalı professor N.Əliyevə Prezident təqaüdçüsü, Əməkdar müəllim, Avropanın fəxri elm və mədəniyyət xadimi, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə təqdim edib.
Nurulla Əliyev “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru, “Dədə Qorqud” Milli Fondunun Rəyasət Heyətinin, “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanda ordu quruculuğu və zabit kadrların hazırlığı işinə kifayət qədər töhfə verən, bu sahədə böyük səylə çalışan, ölkəmizin hərb və hərbi-dənizçilik tarixinin araşdırılması istiqamətində yorulmadan çalışan N.Əliyevin yaradıcılığı kifayət qədər zəngindir. O, “Böyük Dərbənd Ensiklopediyası”nın tərtibçisi, 8 monoqrafiyanın, 43 kitab və dərs vəsaitinin, 13 tədris proqramının və metodiki vəsaitin, respublikada və xaricdə çap olunan 164 elmi məqalənin müəllifidir.
N.Əliyev ölkəmizin tarixşünaslığında ilk dəfə olaraq, ən qədim zamanlardan XXI əsrin əvvəlinədək Azərbaycanın hərbi-dənizçilik tarixini tədqiq edib və hərb tarixi elminin inkişafına dəyərli töhfələr verib. Onun “Azərbaycanda hərbi dənizçilik işi (X-XV əsrlər)”, “Bakı Ali Hərbi Dənizçilik Məktəbinin yaranmasının tarixi aspektləri”, “Xəzər bölgəsində geosiyasi rəqabət və Azərbaycan”, “Şirvanşahların Hərbi-Dəniz Donanması”, “Azərbaycan hərb tarixi. Ən qədim zamanlardan Birinci Dünya müharibəsinədək mühüm hərbi-siyasi hadisələrin xronoloji xülasəsi”, iki cildlik “Azərbaycan hərbi dənizçilik tarixi”, iki hissədən ibarət “Azərbaycan hərb tarixi. Ən qədim zamanlardan XVI əsrə qədər” (Azərbaycan, rus və ingilis dillərində), “Böyük Dərbənd Ensiklopediyası”, “Dərbənd: tarixi oçerklər” və digər kitabları elmi və hərbi ictimaiyyət üçün sanballı elmi mənbədir.

Professor N.Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində “Ən qədim dövrlərdən XVIII əsrə qədər Azərbaycan hərb tarixi” kitabı da rus və ingilis dillərində geniş oxucu auditoriyasına təqdim edilib.
N. Əliyev öz gərgin əməyi ilə bir ailəyə deyil, bütün Azərbaycana məxsus şəxsiyyətdir. Belə ziyalı şəxsiyyətlər millətin qiymətli sərvətidir. İnanırıq ki, N.A.Əliyevin qaynar fəaliyyəti hələ irəlidədir və biz gələcəkdə də onun yeni-yeni uğurlarından xəbər tutacağıq.


Paylaş



Bölmə: Hərbi / Dərbənd / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!