Borçalıdan başlanan alim ömrü .....                        “Övladımın qəhrəmanlığı ilə fəxr edirəm” .....                        Qəlbin monoloqu", yaxud ömrümüzün nur payı .....                        Spiker “Partizan döyüşçüsü” abidəsini ziyarət etdi .....                        İlham Əliyev iki nazirə yeni vəzifə verdi .....                        Tariximizin varlıq qaynağı: Naxçıvan .....                        Kanalda batan yeniyetmənin cəsədi tapıldı .....                        Keçmişdə yatanlar bu gün oyanır .....                        Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur - Spiker .....                       
Tarix : 9-11-2023, 08:33
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib

Çoxəsrlik tariximizin ən şanlı və qürurlu səhifələrindən olan 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən işğaldan azad olunmuş və yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində “Kod Qarabağ” məntiqi-intellektual komanda oyunu, Azərbaycan Dövlət Pedaqoji Universitetində Zəfər Gününə həsr olunmuş tədbir, şəhid övladları üçün master-klasslar, “Qarabağa qayıdış və dirçəliş” mövzusunda gənclərin iştirakı ilə müzakirələr, Vətən müharibəsində iştirak edən döyüşçü şairlərlə “Mən Vətənəm” adlı görüş, Hərbi Qənimətlər Parkına ekskursiya, “Müharibə Fotoqrafiyası” mövzusunda görüş, Birinci Fəxri xiyaban və İkinci Şəhidlər xiyabanına ziyarət təşkil olunub.
Tədbirlər planına əsasən Qarabağ gənclərinin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Kod Qarabağ” məntiqi-intellektual komanda oyunu keçirilib. İntellektual oyunun keçirilməsində əsas məqsəd Qarabağı, işğaldan azad olunmuş əraziləri gənclərə daha yaxından tanıtmaq, şanlı Zəfər tariximizi onlar arasında təbliğ etmək və Ağalı kəndində məskunlaşan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olub. 60 nəfər yeniyetmə və gəncin iştirakı ilə baş tutan intellektual oyunda qalib komandalar mükafatlandırılıb.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində Vətən müharibəsi qaziləri və tələbə gənclərin iştirakı ilə görüş keçirilib. Görüşdə qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, xalq-ordu birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs ediblər. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirlər planına uyğun olaraq şəhid övladları üçün keçirilən master-klasslar zamanı uşaqlar fincan, kətan çanta və kağızlar üzərinə rəsm çəkərək əyləncəli vaxt keçiriblər. Sonda iştirak edən hər bir şəhid övladına müxtəlif hədiyyələr təqdim olunub.
Tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə “Qayıdış prosesinə gənclər təşkilatlarının töhfəsi və gələcək addımlar” mövzusunda görüş keçirilib. Həmçinin Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) ilə birlikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Qarabağın yenidən qurulması” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə Qarabağ bölgəsinin dirçəldilməsində gənclər təşkilatlarının və gənclərin rolundan bəhs edilib, eləcə də bölgənin yenidən qurulması prosesində effektiv yollardan danışılıb.
Zəfər Günü və Bayraq Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələri, qazilər, üzv və könüllü gənclər Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirib, daha sonra İkinci Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Həmçinin rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkı ziyarət olunub.
Tədbirlərin həyata keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbəni, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasının tarixi əhəmiyyətini, qalib Azərbaycan xalqının qələbədəki rolunu, igid hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələrini gənc nəslə ətraflı şəkildə çatdırmaqdan ibarət olub.










Paylaş



Bölmə: Hərbi / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!