6-08-2022, 11:02
164-cü gün: Rusiyanın itkiləri açıqlandıUkrayna müharibənin 164-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya indiyə qədər 41 900 hərbçi, 1 802 ədəd tank, 4051 ədəd zirehli döyüş maşını, 955 ədəd artilleriya sistemi, 260 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 127 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 191 ədəd helikopter, 2 970 ədəd avtomobil texnikası, 744 ədəd PUA, 182 qanadlı raket, 15 gəmi/qayıq, 85 xüsusi avadanlıq itirib.
5-08-2022, 21:06
Hərbçimiz minaya düşərək həlak olduKəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. "Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.
5-08-2022, 20:35
Valideynlər gənc əsgərlərin andiçməsinə buxarılmayacaqMüdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz verəcəklər. Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə andiçmə mərasimlərində hərbi hissələrə giriş-çıxış, mədəni-kütləvi tədbirlərin keçirilməsi, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşləri məhdudlaşdırılıb. Bütün bunları nəzərə alaraq hərbi qulluqçuların valideynləri və yaxınlarının andiçmə mərasiminə qatılmamalarını, vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamalarını xahiş edirik. İctimaiyyətə əlavə məlumat veriləcək
5-08-2022, 19:22
Hərbçilərimiz Rusiyaya yollandı - səbəb..Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiyada səfərdədir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.
5-08-2022, 07:46
Volkov separatçılarla görüşdüRusiya sülhməramlılarının komandanı Volkovun Qarabağdakı “etnik ermənilər”lə görüşündə Azərbaycan bayrağının masada qoyulması müharibədən sonra ilk hadisədir. İndiyə qədər sülhməramlılar separatçıların qondarma “bayrağı” ilə poz verirdilər. Bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
“Ermənilərlə görüşdə Azərbaycan bayrağının olması həm də onlarda separatçı rejimin gələcəyinin olmadığı fikrinin formalaşması baxımından əhəmiyyətlidir. Rusların bunu sevdikləri, yaxud istədikləri üçün etmədiyi də bəllidir. Son əməliyyatdan sonra Bakının sülhməramlılar qarşısında tələblərindən biri də bu ola bilər”, - o bildirib.
4-08-2022, 09:36
Akar NATO generalı ilə qapalı görüş keçirdiTürkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Kristofer Cerard Cavolini qəbul edib. Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş Ankarada mətbuata qapalı keçirilib. İclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər də iştirak edib.