Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                        "ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ .....                        Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək .....                       
28-09-2022, 16:51
Vətən müharibəsinin xronikası: 28 sentyabrda nə olmuşdu...


Vətən müharibəsinin xronikası: 28 sentyabrda nə olmuşdu...

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Həmin tarixi gündən artıq iki il ötür. Butov.az Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 2-ci günü
• BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev ötən gün Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
• Müdafiə Nazirliyi Ermənistan ordusunun üç silah-sursat anbarının, onlarla texnikasının və 550-dən çox canlı qüvvəsinin məhv edildiyi barədə məlumat yayıb.
• Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib, Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib.
• Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
• Baş Prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində iki nəfərin həlak olması və iki nəfərin yaralanması barədə məlumat yayıb.
28-09-2022, 16:38
Daşaltı necə azad olunub? - Tehran Mənsimov açıqladı


Daşaltı necə azad olunub? - Tehran Mənsimov açıqladı

Daşaltı kəndinin azad olunması tapşırığına rəhbər polkovnik Tehran Mənsimov təyin olunmuşdu. Bu barədə İctimai TV-də yayımlanan “Bizim torpaq” sənədli filmində bildirilib. Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Dəstəsini zabiti olan Tehran Mənsimov sözügedən sənədli filmdə Daşaltı əməliyyatından danışıb:“Xüsusi təyinatların itkisiz irəliləməsi üçün Daşaltıya hücum etməli, düşmənin Şuşadan, Xankəndidən, Laçın yolu istiqamətindən gələ biləcək qüvvəsini üzərimə çəkməliydim. Bundan başqa, XTQ-yə şərait yaratmalı idim ki, yolu tutduqdan sonra, təyin olunmuş həddə Şuşanın ətrafına yerləşsinlər. Nəticədə onlar arxadan, mən isə Daşaltıdan Şuşaya daxil olmalı idim. Dolu əvəzinə, güllə yağırdı. Düşmən bütün artilleriya vasitələrindən istifadə edirdi. Təsəvvür edin, hava hücumundan müdafiə vasitəsiylə insana atəş açırdılar, adam rəsmən tikə-parça olurdu. Daşaltının üstündəki bütün qayalarda güllə izi var. Mən Azərbaycan oğullarının nəyə qadir olduğunu, nə edə biləcəklərini gördüm”. Qeyd edək ki, noyabrın 4-də Şuşa-Laçın yolu xüsusi təyinatlı bölmələr tərəfindən azad olunub.
27-09-2022, 18:47
Laçında Ermənistanın PUA-sı ələ keçirildi


Laçında Ermənistanın PUA-sı ələ keçirildi

Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

27-09-2022, 18:44
Azərbaycan əsgəri Qarakilsə yüksəkliyində


Azərbaycan əsgəri Qarakilsə yüksəkliyində

“Caliber.az” hərbi-analitik internet portalı Azərbaycan ordusunun “Qətiyyətli cavab” əməliyyatını təhlil edib. Portalın hərbi təhlilində “bu əməliyyatdan sonra dəniz səviyyəsindən 3550,4 metr yüksəklikdə olan Böyük İşıqlı dağı tamamilə bizim nəzarətimizə keçdi. İndi biz praktiki olaraq Kiçik İşıqlı dağının arxasında yerləşən Qaragöl gölünün bütün perimetrinə nəzarət edirik”, - deyə bildirilir. Qeyd edilir ki, Ermənistanın Qarakilsə şəhəri (Sisian) artıqAzərbaycan Ordusunun vizual və atəş nəzarəti altındadır. Butov.az "Caliber"in hazırladığı videonu təqdim edir:


27-09-2022, 15:57
Sərhədçilərin Vətən müharibəsində ilk əməliyyat planı


Sərhədçilərin Vətən müharibəsində ilk əməliyyat planı

Azərbaycan sərhədçilərinin Vətən müharibəsində ilk əməliyyat planları açıqlanıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib. DSX rəisi bildirib: “2020-ci ilin sentyabr ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi. Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident cənab İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi. Müzəffər Ali Baş Komandanımızın bu əmrini icra edərək Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik”. Elçin Quliyev qeyd edib ki, Ali Baş Komandan tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları uğurla icra olunub, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.
26-09-2022, 19:24
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir


Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda lider mövqeyindədir. Bu barədə "Global Firepower" beynəlxalq reytinq şirkətinə istinadən xəbər verir.
Belə ki, Azərbaycan reytinq siyahısında 142 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Qonşu Gürcüstan 88-ci, Ermənistan isə 98-cidir. Qeyd edək ki, reytinqin tərtib olunması zamanı orduların texnoloji inkişafı, insan potensialı və çevikliyi əsas götürülür.
22-09-2022, 21:21
Hərbi Dəniz Qüvvələrinin təlimi başa çatıb


Hərbi Dəniz Qüvvələrinin təlimi başa çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən komanda-qərargah təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına uyğun olaraq həyəcan siqnalı ilə limandan ayrılan gəmilər Xəzər dənizinin Azərbaycana məxsus sektorunda lövbərə duraraq enerji infrastrukturlarının mühafizəsini təşkil ediblər. Döyüş atışlı təlimdə, həmçinin şərti düşmənin suüstü hücum vasitələrinin, üzən mina və hava hədəflərinin, eləcə də terror-diversiya qruplarının məhv edilməsi üzrə tapşırıqlar hərbi dənizçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.



Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargah zabitlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.






17-09-2022, 22:39
Hərbçilərimiz Türkiyədə təlimləri başa vurdular


Hərbçilərimiz Türkiyədə təlimləri başa vurdular

Azərbaycan Ordusunun daha bir qrup hərbi qulluqçusu Türkiyədə təlimləri başa vurub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər Çanaqqala şəhərində yerləşən 18-ci Motoatıcı Piyada Briqada Komandanlığında keçirilib. Açıqlamada bildirilib ki, “Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb. Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.
16-09-2022, 18:01
Döyüşdə çəkiliş edilməməsi üçün qanun dəyişəcək


Döyüşdə çəkiliş edilməməsi üçün qanun dəyişəcək

"Döyüş əməliyyatlarına və posta gedən hərbçilərin mobil telefon və ya hansısa çəkiliş aparatının olması yolverilməzdir. Biz bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təşəbbüslə çıxış etməliyik". Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Bəxtiyat Sadıqov deyib. Onun sözlərinə görə, son təxribatlar zamanı hərbçilərin videoçəkilişlər edib yaydığı müşahid olunub. “Bu çəkilişlər düşmənə koordinasiyanı müəyyən etməyə imkan verir. Hesab edirəm ki, bu cür çəkilişlər yolverilməzdir və bunun qarşısının alınması üçün qanunvericiliyə mümkün dəyişiklik etməliyik”.
16-09-2022, 17:50
Hərbi qeydiyyata alınma qaydası dəyişir


Hərbi qeydiyyata alınma qaydası dəyişir

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilir. Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib. Belə ki, qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir. Qanun 6.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. doğum haqqında şəhadətnamənin surəti;
2. ailə tərkibi haqqında arayış;
3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!