Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
26-07-2022, 20:39
Hərbçimiz Kəlbəcərdə minaya düşdü


Hərbçimiz Kəlbəcərdə minaya düşdü

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb. Bu barədə Butov.az-a Müdafiə Nazirliyindən bildirilib. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.
25-07-2022, 00:34
İran Xəzərdən Rusiyaya PUA-lar göndərib


İran Xəzərdən Rusiyaya PUA-lar göndərib

İran Rusiyanı “Şahid-129” zərbə və kəşfiyyat PUA-ları ilə təmin edib.
Bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.
PUA-ların bir hissəsi Xəzər dənizi vasitəsilə Rusiyaya göndərilib. Gələcəkdə hərbi yüklərin Həştərxan və Volqoqrad vasitəsilə Ukrayna sərhədinə çatdırılması planlaşdırılır.
12-07-2022, 15:51
Ukraynada öldürülən əcnəbi döyüşçülər


Ukraynada öldürülən əcnəbi döyüşçülər

Son üç həftə ərzində Ukraynada 400-ə yaxın əcnəbi muzdlu öldürülüb, daha 240 silahlı isə onun sərhədlərini tərk edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb:
"Rusiya Müdafiə Nazirliyi döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya gələn bütün əcnəbi muzdluları izləyir və adlarını qeyd edir. Kiyev rejimi nümayəndələrinin əraziyə gələn guya 20 min əcnəbi muzdlu haqqında yalan bəyanatlarının əksinə olaraq, Ukraynada, onların real sayı daha azdır”.
“Beləliklə, son üç həftə ərzində Rusiya Silahlı Qüvvələrinin hücum əməliyyatları nəticəsində Ukraynada muzdluların sayı 3221 nəfərdən 2741 nəfərə qədər azalıb”, – Rusiya Müdafiə Nazirliyi qeyd edib.
12-07-2022, 13:55
Rusiyaya hücum hazırlanır

Rusiyaya hücum hazırlanır

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Qərbin Ukrayna və Belarus üzərindən Rusiyaya hücum etmək strateji planlarını müzakirə etdiyini bildirib. Bu barədə Belarus prezidenti çərşənbə axşamı Minskdə hərbi ali məktəblərin məzunlarının və yüksək rütbəli zabitlərin təltif edilməsi mərasimində bildirib:
"Axırıncı dəfə biz bunu dünən Rusiya Federasiyasının prezidenti ilə ətraflı müzakirə etdik - Rusiyaya hücum üçün strateji planlar hazırlanır. Və zərbənin əsas istiqaməti Ukrayna ilə Belarus üzərindən ola bilər”, - Lukaşenko bildirib.
12-07-2022, 13:10
İran Rusiyaya PUA göndərəcək

İran Rusiyaya PUA göndərəcək

İran hökuməti silahdaşıma qabiliyyəti olan yüzlərlə PUA-nı Rusiyaya göndərməyə hazırlaşır. Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. O, həmçinin bildirib ki, İran Rusiya hərbçilərinə PUA-lardan istifadə etməyi öyrətməyi planlaşdırır.
Bildirilir ki, Rusiya son vaxtlar Ukraynanın şərqində baş verən şiddətli qarşıdurmalarda xeyli sayda əsgər və sursat itirib.
10-07-2022, 11:46
S-300 sistemi Zaporojye AES yaxınlığında “Bayraqdar”ı aşkar edib:

Ukrayna müdafiəçiləri “Bayraqdar TB2"-nin keyfiyyətinə və onun zərbəni necə “əldə saxlama”sına heyran olublar.
Bu barədə Ukrayna ordusununn yüksək rütbəli zabiti “Tayms” nəşrinə açıqlamasında deyib.
O bildirib ki, PUA-nın bütün uçuş sistemi kopyalanıb və bu səbəbdən hətta ciddi zərbə görsə də, geri qayıda bilir.
Zabitin sözlərinə görə, bir dəfə Rusiyanın S-300 sistemi Zaporojye AES yaxınlığında “Bayraqdar”ı aşkar edib:
“Mən raket buraxılışını, yaxınlıqda partlayışı gördüm və əlaqəni itirdim. Çox təəssüfləndik, dronu itirdiyimizi düşündük. Lakin bir neçə saatdan sonra PUA möcüzə nəticəsində qayıtdı və aerodroma qəza enişi etdi. O, zədələnmişdi, lakin “yaşadı”. Sonradan PUA-nı təmir etdik və daha yaxşı iş görməyə başladı.
Həmçinin “Bayraqdar”ın “hava-hava” raketi ilə Rusiya təyyarəsini vurması hadisəsi məlumdur. PUA uçmağa davam etdi, operator əlaqəni kəsməyə məcbur oldu. Buna baxmayaraq, aparat ciddi zədələnmə ilə də olsa qayıda bilmişdi”.
9-07-2022, 15:21
Xocavənddə yeni qərargah binası istifadəyə verild


Xocavənddə yeni qərargah binası istifadəyə verildi
Xocavənd rayonunda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov burada yeni istifadəyə verilən qərargah binasının açılışında iştirak edib.

Bu barədə Butov.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinə məruzə edilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar mövcuddur.
Xidməti fəaliyyətin təşkili üçün binada bütün otaqların zəruri mebel və avadanlıqlarla tam təchiz olunması barədə nazirə ətraflı məlumat verilib.
Sonra müdafiə naziri hərbi qulluqçular üçün yeni istifadəyə verilmiş ikimərtəbəli yaşayış binasına baxış keçirib. Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, burada bütün mənzillər tam təmir olunub və zəruri kommunikasiya xətləri ilə təchiz edilib. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.
Görülən işləri müsbət qiymətləndirən nazir hərbiçilərin xidməti və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar verib.
Daha sonra general-polkovnik Z.Həsənov yeni istifadəyə verilən qərargah binasında komandir heyəti və qərargah zabitlərinin iştirakı ilə müşavirə keçirib.
Şəxsi həyəti Qurban bayramı münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Müdafiə naziri bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verib.
Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzindən söz açaraq, müasir dövrdə, istər müharibə, istərsə də sülh şəraitində informasiya-kommunikasiya texnologiyaları sahəsində təhlükəsizlik tədbirlərinin görülməsinin xüsusi önəm daşıdığını vurğulayan müdafiə naziri kibertəhlükəsizliyin təmin edilməsində Azərbaycan Ordusunun inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrindən faydalandığını bildirib.
Sonra yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinin fəaliyyətinə dair məruzələr dinlənilib və komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verilib.
Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlığın, həmçinin nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!