Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                        İlham Əliyev siyasətinin təməl prinsipləri .....                        Süni intellektdən istifadə etmirəm - Prezident .....                        İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib .....                       
8-11-2021, 08:09
Hulusi Akar Bakıya gəldi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.
Bu barədə Butov.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
6-11-2021, 16:13
Putinin açıqlaması ABŞ-ı təşvişə saldı

Rusiya Prezidenti Vladimir Putinin süni intellekt texnologiyalarından istifadə edərək aktiv şəkildə silah hazırlamağı planlaşdırdığına dair açıqlamaları Pentaqonu təşvişə salıb. Bu barədə Peter Suçiunun "Nəşnl İnterest"də dərc olunan məqaləsində bildirilib.
Müəllif qeyd edib ki, Rusiyanın yüksək dəqiqlikli silahları, pilotsuz uçuş aparatları, eləcə də hərbi əməliyyatların əlaqələndirilməsi, strateji qərarların qəbulu və düşmən rabitəsinə təzyiq sistemləri sahəsində irəliləyişləri ABŞ-ın maraqlarına böyük zərbə vura bilər:
"Dəniz Analizi Mərkəzi tərəfindən bu ilin əvvəlində dərc edilmiş "Rusiyada Süni İntellekt və Muxtariyyət" haqqında hesabata əsasən, bu gün müxtəlif inkişaf mərhələlərində süni intellektlə işləyən 150-dən çox hərbi sistem mövcuddur".
Ekspert vurğulayıb ki, Rusiya və Çin arasında yüksək texnologiyalar sahəsində getdikcə sıx əməkdaşlıq Amerika üçün xüsusi təhlükə yaradır:
"ABŞ üçün daha qorxulu olan odur ki, Rusiyanın səyləri həm də Çinlə yüksək texnologiyalı əməkdaşlığa əsaslanır. Çin ümumiyyətlə yüksək texnologiyalar və xüsusən də süni intellekt sahəsində Rusiya üçün əsas tərəfdaşdır".
6-11-2021, 15:59
Rusiyanın yeni təyyarəsi: F-35-dən 7 dəfə ucuz...

Rusiyanın yeni istehsalı olan Su-75 “Checkmate” 5-ci nəsil yüngül taktik təyyarəsinin 1 uçuş saatının qiyməti ABŞ-ın F-35 qırıcılarından 7 dəfə ucuz başa gəlir. Bunu “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezov Fransa mətbuatına açıqlamasında deyib.
O bildirib ki, həm beşinci nəsil təkmühərrikli təyyarələr, həm də əvvəlki nəsillərin təyyarələri arasında yalnız “Checkmate” F-35-lərlə müqayisə edilə bilən xüsusiyyətlərə malikdir:
“ABŞ təyyarələrindən fərqli olaraq, Rusiya təyyarəsi iqtisadi baxımdan daha sərfəlidir”.
4-11-2021, 19:39
Çingiz Mustafayevin kamerası çəkməyə davam etsəydi... - VİDEO

Baku TV 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb.

“Çingiz Mustafayevin kamerası çəkməyə davam etsəydi...” başlığı ilə yayımlanan videoçarxda 90-cı illərin Qarabağ müharibəsində xalqımızın başına gətirilənlər və 44 günlük Vətən müharibəsi ilə Azərbaycan Ordusunun qazandığı qələbə əks olunub.

Ətraflı videonu təqdim edirik:




Bütöv.az
4-11-2021, 06:13
Türkiyədən S-400-lə bağlı TƏKZİB

Türkiyənin Müdafiə Nazirliyi S-400 zenit-raket komplekslərinin Adanadakı İncirlik hərbi bazasına yerləşdirilməsi xəbərini təkzib edib.
Bu barədə “Haber Global” kanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, raket sistemlərinin İncirlik hərbi bazasına aparılması ilə bağlı yayılan məlumatlar doğru deyil.
Qeyd edək ki, “SkyNews” ABŞ-ın Müdafiə Nazirliyinin rəsmisinə istinadən Türkiyə, ABŞ və NATO-nun birgə istifadə etdiyi İncirlik aviabazasına S-400 sistemlərinin gətirilməsi barədə xəbər yayıb.

3-11-2021, 15:15
Hərbi Akademiyada"Vətən müharibəsində Azərbaycanın qələbəsi" adlı kitab çapdan çıxıb

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasında "Vətən müharibəsində Azərbaycanın qələbəsi." (Bakı, AFpoliqrAF, 2021, 1095 səh.) kitab işıq üzü görüb. Kitab Vətən müharibəsində Qələbənin il dönümünə həsr olunub. Geniş oxucu üçün nəzərdə tutulan kitabın müəllifi Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər və Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyalarının həqiqi (akademik) üzvü, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.

Kitab Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsində hazırlanıb, Ermənistan və Azərbaycan arasında Birinci və İkinci Qarabağ müharibələrinə həsr olunmuşdu.
Kitabın layihə rəhbəri və hərbi məsləhətçisi Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının rəisi, dosent, general-leytenant Heydər Piriyev, elmi redaktoru Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Təhsil İdarəsi Elm şöbəsinin müdiri milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, dosent, polkovnik Arif Həsənov, baş redaktoru Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının “Adyunktura və Elm” şöbəsinin dosenti, ehtiyatda olan general-mayor Fazil Aşumov, redaktorlar Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının "Adyunktura və Elm" şöbəsinin rəisi, polkovnik Rəşad Tahirov, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının Əməliyyat məharəti strategiyası şöbəsinin rəisi, polkovnik Telman Şahbazovdur.
Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin gedişi və kəskinləşməsi zamanı baş verən əsas hərbi-siyasi hadisələrin kompleks strateji təhlili verilmişdir. Geniş spektrli açıq mənbələr, hərbi ekspertlər, hərbi və beynəlxalq humanitar hüquq sahəsində ixtisaslaşan alimlər və mütəxəssislərin təhlilləri əsasında Ermənistan və Azərbaycan arasında Birinci və İkinci Qarabağ müharibələrinin məzmununu müəyyənləşdirən əsas hərbi və siyasi komponentlərə qiymət verilmişdir.
Nəşrdə Vətən müharibəsinin bütün Cənubi Qafqazın taleyi üçün geosiyasi nəticələrini müəyyənləşdirməyə və göstərməyə cəhd olunmuşdur. Kitabda beynəlxalq birliyin və Ermənistan - Azərbaycan münaqişəsinə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə böyük diqqət yetirilmişdir.
Kitabda həmçinin Ermənistan və Azərbaycan arasında Birinci və İkinci Qarabağ müharibələrində xronoloji ardıcıllıqla hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri əks olunub, o cümlədən Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın inkişafı, mərhələli və sabit təkamülü göstərilmişdir.
Vətən müharibəsi dövründə baş verən hərbi-siyasi hadisələr bu gün faktiki olaraq, vətən və dünya hərb sənəti tarixində yeni bir səhifə açdı. Müasir
müharibələr və münaqişələr tarixində dronların və “gəzən sursat”ların (kamikaze dronların) belə irimiqyaslı tətbiqinin analoqu yoxdur. Qarabağdakı Vətən müharibəsi bir çox hərbi və siyasi parametrlərinə görə "sabahkı günün ilk müharibəsi" hesab edilməlidir. Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı bütün problemlər kompleksinin hərtərəfli və dərindən tədqiqi, onun tənzimlənməsinin siyasi və hərbi-güc metodlarının geosiyasi əhəmiyyətinin üzə çıxarılması bu kitab üzərində iş zamanı müəllif üçün müəyyənedici amillər olmuşdur. Münaqişəyə cəlb olunan tərəflərin, beynəlxalq təşkilatların və bütövlükdə dünya birliyinin reaksiyası, Vətən müharibəsinin hərbi-siyasi nəticələri hələ uzun müddət və böyük ölçüdə Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin gedişatını müəyyənləşdirəcək.
Bunları nəzərə alaraq, kitab Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktları və aspirantları, müəllimləri və dinləyiciləri, hərbi nəzəriyyəçi və praktiklər, beynəlxalq münasibətlər, beynəlxalq humanitar və hərbi hüquq sahəsində ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulmuşdur, həmçinin Azərbaycanın hərbi tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, gedişi və konkret məzmunu ilə maraqlanan geniş oxucu kütləsi üçün də maraqlı ola bilər.
Tədqiq olunan məsələlər üzrə biblioqrafiya isə daha geniş və zəngindir.
Ordum.az
2-11-2021, 11:18
General-leytenant Hikmət Mirzəyev Şuşadan danışdı - VİDEO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

Bütöv.az xəbər verir ki, bu barədə “Bakı Media Mərkəzi” məlumat yayıb.

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.

Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

Sənədli filmdə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin Şuşanın işğaldan azald olunması ilə bağlı fikirləri yer alıb:
“Mən Şuşaya girəndə özümü çox xoşbəxt və vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”.

2-11-2021, 08:08
Azərbaycan İsraildən raket aldı – Ermənilər təlaşlandı

Azərbaycan MiQ-29 qırıcıları üçün İsrailin “hava-hava” raketlərini alıb.
Bu barədə məlumatı Teleqram kanallarına istinadla erməni mediası tirajlayıb.
“Azerbaijani Armed Forces” kanalı Azərbaycanın “I-Derby ER” aviasiya raketini aldığını iddia edib.
Bildirilib ki, raket artıq ordumuzun arsenalına daxil edilib. “I-Derby ER” “Derby” raketlərinin təkmilləşdirilmiş və tam modernləşdirilmiş versiyasıdır.
“I-Derby ER” orta mənzillidir, 100 km-likdəki hədəfi dəqiqliklə məvh etmək gücündədir. Raketin ağırlığı 118 kq-dır, döyüş başlığının ağırlığı isə 23 kq-dır.
Bu raketi F-16C/D, F-5, Miraj, JAS-39 Gripen, o cümlədən MiQ-21 və MiQ-29 qırıcıları daşımaq imkanındadır.
Erməni analitiklərin iddiasına görə, Azərbaycanın arsenalında Belarus və Ukraynadan alınmış və modernləşdirilmiş 10 MiQ-29 qırıcısı var.
Qeyd edək ki, hərbi ekspertlər bu raketin imkanlarını yüksək qiymətləndirirlər.
1-11-2021, 12:44
Hərbi prokurordan naməlum şəhid məzarları ilə bağlı açıqlama: “Ekspertizanın bir hissəsi Moskvada aparılır”

“Naməlum şəhid məzarları adətən Birinci Qarabağ müharibəsi dövrü ilə əlaqədardır. Bununla bağlı iş aparılır, ekspertizalar təyin olunur. Ekspertizanın bir hissəsi Rusiyanın paytaxtı Moskvanın ekspertiza institutlarında həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

O vurğulayıb ki, ekspertizanın bir hissəsi başa çatıb, digərləri isə davam edir:

“Çünki bu, asan iş deyil. Burada çoxsaylı insanların gen ekspertizası həyata keçirilməlidir. Onların da bəzilərinin valideynləri həyatda deyil, ona görə də gərək uyğun olaraq digər qohumlar tapılsın, onlardan nümunələr götürülsün. Burada söhbət bir neçə min insandan gedir. Yəni, işin həcmi böyük olsa da, proses davam edir. Nəticələr də var”.

Hərbi prokurorun sözlərinə görə, Vətən müharibəsində şəhid olanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Hərbi prokurorluq Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin, həmçinin Daxili Qoşunların əməkdaşlarının iştirakı ilə çoxsaylı işlər aparılıb:

“3000-ə yaxın şəhidin şəxsiyyətini müəyyənləşdirmək, eskpertizalarını aparmaq lazım idi. Onların böyük əksəriyyətinin kim olduğu bilinmirdi. Bir qismi elə xəsarətlər almışdı ki, tanınmaz hala düşmüşdü. Bununla bağlı çox böyük işlər gedib. Çox az qisim şəhid qalıb ki, onların da şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam edir. Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə bu işə artıq Fövqəladə Hallar Nazirliyi də cəlb olunub. Bizim borcumuzdur ki, onların meyitlərinin harada olduğunu müəyyən edək və sonra da kimliklərini müəyyənləşdirərək yaxınlarına təhvil verə bilək”, – deyə Xanlar Vəliyev əlavə edib.

Bütöv.az
29-10-2021, 23:03

Donbasda vəziyyət qəfil niyə gərginləşib?

Donbasda vəziyyət qəfil niyə gərginləşib? Məsələ burasındadır ki, bizdə olduğu kimi bu problemlə bağlı da “Minsk formatı” mövcuddur.
Ancaq bu bizim nümunəmizdə olduğu kimi mənasız formatdır, Ukrayna torpaqlarının işğalını uzadır. Vladimir Zelenski prezident seçiləndə müharibə istəmirdi. Ancaq sonda o da anladı ki, güc olmadan problem ölü nöqtədən tərpənməyəcək. Ukrayna ordusu son illərdə güclənib, yeni və modern hərbi texnika ilə təhciz olunub.
İkinci tərəfdən Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi də Ukrayna hakimiyyətini, siyasi elitasını və cəmiyyətini yaxşı mənada ruhlandırıb. Ancaq Azərbaycanın arxasında Türkiyə var idi, təzyiqləri neytrallaşdırır, hərbi təcrübəsiylə bölüşürdü. Ukraynanı isə sözdə dəstəkləyənlər olsa da, əməldə Qərbdən Kiyevə real dəstək azdır. Tam əksinə, Ukraynanın bu ağır günündə Paris və Berlin açıqlama veriblər ki, “Sən niyə separatçılara qarşı “Bayraqdar” pilotsuz uçuş aparatlarından istifadə etmisən?”. Bu açıqlama ilə Paris və Berlin Moskvanın əlinə yağ sürtüblər, o biri tərəfdən bu iki paytaxtı Ukrayna-Türkiyə tərəfdaşlığı narahat edir. Bir sözlə, Ukraynaya çətin olacaq, ancaq boş danışıqdansa Ukraynanın Azərbaycan kimi irəli getməkdən başqa alternativ yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!