ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 10-09-2021, 19:52
“Traxtur” klubunun yeni baş məşqçisi

Təbrizin "Traxtur" futbol klubunda baş məşqçi dəyişikliyi olub. Fəraz Kamalvəndin istefası qəbul edilib.
Firuz Kərimi "Traxtur" futbol klubunun baş məşqçisi təyin olunub.
Firuz Kərimi bundan öncə də komandanın baş məşqçisi olumuşdu. Rəhbərlik Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası ilə görüş öncəsi yenidən tanınmış mütəxəssislə işləməyə qərar verib.
Qeyd edək ki, son vaxtlar "Traxtur" klubu böhran yaşayır. Əsas oyunçular komandadan ayrılıb və rəhbərliyin idarəçiliyinin yarıtmazlığını bildirən İdarə Heyəti ilə klubun sahibi arasında ixtilaflar ortaya çıxıb.
Sentyabrın 4-də "Traxtur" tərəfdarları 5-ci dəfə olaraq aksiya keçirib və kluba rəhbərliyin Məhəmmədrza Zunuzidən alınaraq Şərqi Azərbaycan Futbol Heyətinin səlahiyyətinə verilməsini tələb ediblər.
Onlar klub sahibinin fəaliyyətini tənqid edərək şəxsi mənafeyini klub maraqlarından üstün tutmaqda ittiham ediblər.
Məhəmmədrza Zunuzi isə mətbuata verdiyi açıqlamada bundan sonra klubun sahibi kimi fəaliyyət göstərməkdə maraqlı olmadığını və istefa verəcəyini bildirmişdi.
“Klubun fəaliyyəti üçün həm öz sərmayəmdən xərcləyir, həm də tənqid və söyüş eşidirəm”-deyə, M. Zunuzi son vaxtlar baş verən qalmaqallardan yorulduğunu qeyd etmişdi.
Hal-hazırda böhran yaşayan klubun 338 milyard tümən borcu var.
Buna görə hər hansı özəl və dövlət qurumu kluba hamiliyi öhdəsinə götürməkdən imtina edir.


Paylaş



Bölmə: İdman / Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!