Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 12-09-2022, 00:21
3 güləşçimiz yarımfinala yüksəldi


3 güləşçimiz yarımfinala yüksəldi

Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayıb. Butov.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində latviyalı Aleksandr Yurkyansı 7:3, 1/4 finalda kubalı Luis Alberto Orta Sançesi 3:1 hesabı ilə məğlub edib. Yarımfinalda onun rəqibi serbiyalı Sebastian Nad olacaq. 67 kq çəkidə Həsrət Cəfərov 1/16 finalda meksikalı Dieqo Martineslə görüşməli olsa da, rəqib zədələndiyi üçün görüşə çıxmayıb. Nəticədə Cəfərov 1/8 finala yüksəlib. O, sonrakı görüşlərində yaponiyalı Katsuaki Endonu 9:0. çinli Husiyuetu Husiyuetunu 7:0 hesabı ilə üstələyib. Yaırmfinalda rəqib serbiyalı Mate Nemes olacaq. 97 kq-da mübarizə aparan Arif Niftullayev 1/16 finalda avstriyalı Daniel Qastlini 3:2, 1/8 finalda litvalı Vilius Laurinaitisi 9:0, 1/4 finalda macarıstanlı Aleks Gerqo Sokeni 10:2 hesabı ilə məğlub edib. Yarımfinalda rəqib bolqarıstanlı Kiril Milenov Milov olacaq. 82 kq-da yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov isə 1/8 finalda yaponiyalı Yuya Okajimanı üstələsə də, 1/4 finalda özbəkistanlı Jalqasbay Berdemuratova 0:11 hesabı ilə uduzaraq, titulunu qoruya bilməyib. O, ümidini bürünc medala bağlayıb. Bundan ötrü ilk növbədə, Berdemuratov finala yüksəlməlidir. Qeyd edək ki, bu gün yarımfinal görüşləri ilə yanaşı, Azərbaycanın 2 təmsilçisi - 55 kq-dakı Eldəniz Əzizli və 72 kq-dakı Ülvi Qənizadə final görüşlərinə çıxacaq. Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə və Serbiya güləşçisi Ali Arsalan ilə qarşılaşacaqlar. Final qarşılaşmaları saat 20:00-da başlayacaq.


Paylaş



Bölmə: İdman / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!