Xocalıya növbəti köç oldu .....                        Körpükənd – yüz illərin arasına körpü salan kənd .....                        MSK 3 şikayətlə bağlı qərar verdi .....                        Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi .....                        HƏMAS komandirin öldüyünü 6 ay sonra təsdiqlədi .....                        Bakı-Quba yolunda qəza: 5 nəfər yaralandı .....                        Ronaldo "Sumqayıt"da oynayacaq .....                        Bakıda tramvayların işə başlayacağı tarix məlum oldu .....                        Xırdalan sakinləri üçün şad xəbər .....                       
Tarix : 28-06-2016, 17:05
Moldova klubunun prezidenti Azərbaycan xalqından üzr istəyib


“Daçiya” klubu rəsmi saytındakı təxribat xarakterli yazıda düzəliş edib. Butov.az Apasport.az-a istinadən xəbər verir ki, Kişinyov təmsilçisi baş verən anlaşılmazlığa görə üzr istəyib.

Belə ki, yazıda Mərdəkan qəsəbəsinin adının erməni əsilli olduğu, burda həmin xalqın heç bir nümayəndəsinin yaşamadığını vurğulansa da, bu səhv artıq aradan qaldırılıb. “Daçiya” rəsmiləri bunu Makrudyan deyil, Mərdəkan olduğunu qeyd ediblər.

Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz”lə oyun üçün paytaxtımızda olan “Daçiya” rəsmi bəyanat yayaraq, klub prezidenti Adlan Şişxanov adından Gəncə təmsilçisindən və Azərbaycan xalqından üzr istəyib: “Dünən gecə “Dalğa Arena”da keçirilən məşqdən sonra yaranmış vəziyyətlə əlaqədar öz üzrxahlığımızı bildiririk. Gizli səbəbdən “Daçiya”nın rəsmi saytı oyunun erməni adına uyğun bir yerdə keçiriləcəyini bildirmişdi. Ancaq reportajda vurğulamışdıq ki, adda ermənilərə xas heç nə yoxdu. Klubumuzun rəhbərliyi və mətbuat xidməti qeyd edir ki, “Daçiya” heç vaxt təxribatda maraqlı olmayıb. Belə bir niyyətimiz yoxdu. Biz bunun üçün gəlməmişik. Onu da istisna etmirik ki, bizimlə bağlı düzgün informasiya yayılmayıb. Şübhəsiz ki, rəqibimizə və bütün Azərbaycan xalqına hörmətlə yanaşırıq. Bununla əlaqədar yaranmış xoşagəlməz insidentlə bağlı üzr istəməyi vacib sayırıq. Ümid edirik ki, bu hadisə bizim ənənəvi dostluq münasibətimizə xələl gətirməyəcək”.

Klubun prezidenti Adlan Şişxanov özü də birbaşa üzr istəyib: “Mətbuat xidmətinin buraxdığı səhvə görə, səmimi üzrxahlıq edirəm. Həm Azərbaycan xalqı, həm də “Kəpəz” azarkeşlərindən buna görə üzr istəyirəm. “Daçiya” heç vaxt siyasətlə məşğul olmayıb. Bu kobud səhvə görə bizi bağışlamağınızı xahiş edirik. Biz heç bir halda kiminsə hissi ilə oynamağı istəməmişik”.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!