Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                        Füzulidə mina partladı - Çoban həlak oldu .....                       
Tarix : 13-11-2018, 15:04
Vahid Əhmədov qiymətlərin bahalaşmasından danışdı
Deputat Vahid Əhmədov ərzaq və dərman bazarında qiymətlərin bahalaşmasından danışıb.
Butov.az Oxu.Az-a istinadən xəbər verir ki, o, parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, milli valyutamızın gələn il və ondan sonrakı üç il ərzində dollara qarşı kursu 1.70 manat səviyyəsində müəyyən olunub:
“Gələn ilin büdcəsində inflyasiyanın 3,8 faiz olacağı göstərilir. Bunun fonunda Azərbaycanda qiymət dəyişilməməlidir. Amma gəlin, görək, nə baş verir? Azərbaycan bazarında qiymətlər “böyük sürətlə” inkişaf edir. İstər ərzağın, istərsə də dərmanın qiyməti bahalaşıb. Bu, göstərilən xətlə mütənasib deyil”.
Deputat Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyi müsbət dəyərləndirib:
“Sahibkar və fəhlə 40 faizə qədər vergi ödəyirdi. Ona görə də məcbur idilər ki, gizlədilmələr aparsınlar və ikili mühasibatlığa baş vursunlar”.
Azərbaycanın xarici dövlət borcu məsələsinə də toxunan V. Əhmədov vurğulayıb ki, adambaşına xarici dövlət borcu 1000 dollar təşkil edir:
“Bu da ÜDM-nin 22 faizini təşkil edir, yəni, 9,6 milyard manat deməkdir. Bir çox dövlətlərlə müqayisədə bu, böyük rəqəm deyil. Amma bu məsələ artıq indidən həllini tapmalıdır. Yəni, bunun büdcə hesabına ödənməsi düzgün deyil. Bu borcu hansı qurum alıbsa, özü də qaytarmalıdır”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!