Abbas Əraqçi Cenevrədə BQXK prezidenti ilə görüşüb .....                        Gəncədə yanğın: Tüstüdən zəhərlənənlər var .....                        Azərbaycan nümayəndələri Ermənistana bu kənddən daxil olub .....                        Bakıda 23 yaşlı oğlan ondan ayrılmaq istəyən sevgilisini maşında döydü .....                        “Apple” yaxın zamanda ucuz “MacBook” təqdim edəcək .....                        Paytaxtda müəmmalı ölüm: "Medi Hall" tibb müəssisəsində nə baş verir? .....                        İsrail HƏMAS-a 60 gün vaxt verəcək .....                        Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                       
Tarix : 1-07-2019, 14:24
Azərbaycan neft hasilatının azaldılması ilə bağlı təklifi dəstəkləyib
Bu gün Vyanada ”OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclasında mövcud kvotalara dəyişiklik edilmədən neft hasilatının azaldılmasına dair “Əməkdaşlıq Bəyannaməsi”nin icra müddətinin daha 9 ay uzadılması təklif edilib.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində neftin kəskin ucuzlaşmasının qarşısı alındı. Həm istehsalçı, həm də istehlakçıların maraqlarına cavab verən qiymət həddi formalaşdı: “Lakin may ayının sonundan başlayaraq yenidən neftin ucuzlaşma tendensiyasını müşahidə edirik. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 mln.140 min barrel artması ilə bağlı proqnozlara rəğmən bazarda həddindən artıq neft tədarükü var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları artmaqda davam edir. Qlobal neft təklifinin növbəti illərdə də tələbatı üstələyəcəyi gözlənilir. Ona görə də, tənzimləmə tədbirlərini davam etdirməklə neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var”, deyə nazir əlavə edib.
Nazir çıxışında may və iyun aylarında Azərbaycanın gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirdiyini və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125% icra edildiyini də qeyd edib.
Energetika naziri Pərviz Şahbazov iclasda razılaşmanın müddətinin uzadılması təklifinə Azərbaycanın dəstək verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, neft hasilatının azaldılmasının daha 9 ay uzadılması ilə bağlı təklif bu gün OPEC Nazirlər Şurasının 176-cı iclasında da müzakirə ediləcək. Sabah isə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşündə qərarın qəbul ediləcəyi gözlənilir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!