Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 5-09-2019, 15:02
Azərbaycanın mobil operatorları Qubada şəbəkələrini gücləndirəcək
Qubanın Girdah, Zıxır və Dalıqaya kəndlərinin sakinləri mobil telefonla normal danışa bilmədiklərindən şikayətlənir.
Butov.az xəbər verir ki, vətəndaşlar bununla bağlı "Report"un Şimal bürosuna müraciət edəcək mobil operatorların göstərdikləri xidmətdən narazı olduqlarını bildirib.
Onların sözlərinə görə, yaşadıqları kəndlərdə yalnız yüksək ərazilərdə mobil rabitə əlaqəsi yarada bilirlər.
"Qubanın əksər kəndləri kimi bizim yerlərdə stasionar telefon qovşaqları yoxdur. Kəndlərimiz rayon mərkəzindən 35-40 kilometr məsafədə yerləşir və Quba şəhəri ilə əlaqə yaratmaq çətin olur", - deyə sakinlər qeyd edib.
"Report" məsələ ilə bağlı Azərbaycanda fəaliyət göstərən hər 3 mobil operatora – “Azercell", “Bakcell” və “Nar"a müraciət edib.
"Bakcell"dən bildirilib ki, Girdah, Zıxır və Dalıqaya kəndlərində mobil şəbəkənin yaxşılaşdırılması şirkətin diqqət mərkəzindədir: "Müraciət qeydə alınıb və bundan sonra qeyd olunan ərazidə müvafiq təhlillər aparılıb. Həmin kəndləri əhatə edəcək yeni baza stansiyasınının növbəti il ərzində tikintisi nəzərə alınacaq”.
"Azercell"dən isə deyilib ki, məsələ ilə bağlı araşdırma aparılıb: "Nəzərinizə çatdırmaq istərdik ki, telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirildiyindən hər hansı kənar maneə mənbələrindən, o cümlədən binalardan, bitkilərdən, relyefdən və sair maneə mənbələrindən müdaxiləyə və arzuedilməz təsirlərə məruz qala bilər. Çətinliklərin abunəçilərin istifadəsində olan cihazlardan qaynaqlanması halına da kifayət qədər tez-tez rast gəlinir. Quba rayonu, Girdah, Zıxır və Dalıqaya kəndləri və ətraf ərazilərdə mobil rabitə şəbəkəsinin keyfiyyətinin daha da yüksəldilməsi üçün texniki imkanlar mühəndislərimiz tərəfindən araşdırılılıb. Nəticədə, “Azercell Telekom” MMC-nin Azərbaycanın şəhər və rayonlarını mobil rabitə şəbəkəsi ilə təmin etmə üzrə texniki və inzibati mərhələlərdən ibarət planına uyğun olaraq, növbəti mərhələlərdə həmin ərazidə mobil rabitə şəbəkəsinin keyfiyyətinin daha da artmasını təmin edəcək avadanlıq qurulması nəzərdə tutulub”.
"Nar"dan isə problemə münasibət bildirilməyib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!