Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 13-04-2022, 15:23
Dövlət büdcəsinin gəlirləri artıb
2022-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7009,6 milyon manat və ya rüblük proqnoza qarşı 417,7 milyon manat (6,3 faiz) çox icra olub. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1273,2 milyon manat və ya 22,2 faiz çoxdur.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin 2022-ci ilin birinci rübü üzrə hesabatında qeyd edilib.
Hesabata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2802,2 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 538,9 milyon manat və ya 23,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 716,5 milyon manat və ya 34,4 faiz çoxdur. Həmin vəsaitin 80,1 faizi və yaxud 2244,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 737,7 milyon manat və ya 49,0 faiz çox olub.

2022-ci ilin 1-ci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1232,0 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 236,0 milyon manat və ya 23,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 288,4 milyon manat və ya 30,6 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 165,1 milyon manat vəsait daxil olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 50,1 milyon manat və ya 43,6 faiz çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 53,3 milyon manat vəsait daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 3180,0 milyon manat məbləğində transfertə qarşı 2757,0 milyon manat məbləğində transfert daxil olub. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 423,0 milyon manat və ya 13,3 faiz az istifadə olunmasına imkan verib.

Hesabat dövründə dövlət büdcəsinin profisiti proqnozlaşdırılan 903,5 milyon manatdan 476,6 milyon manat artıq olmaqla 1380,1 milyon manat təşkil edib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!