Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Azərbaycan daim Pakistanın yanındadır .....                        Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı - Birgə məlumat .....                        Narkotikə görə saxlanılan şəxs həbs olundu .....                        Liseydə güllənənən müəllimin atası danışdı - VİDEO .....                       
Tarix : 26-04-2022, 10:37
AQTA sədri heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycan Heyvandarlıq Assosiasiyası”, “Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi”, “Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyası”nın rəhbərləri, həmçinin müvafiq sahədə fəaliyyət göstərən sahibkarlarla videokonfrans formatında görüş keçirilib.

Butov.az Trend-ə istinadən xəbər verir ki, görüşdə AQTA sədri Qoşqar Təhməzli Sahibkarlar Günü münasibətilə iştirakçıları təbrik edib, iqtisadiyyatın aparıcı qüvvəsi kimi ölkəmizin inkişafı və xalqımızın rifahı naminə onlara yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, birgə səylərin ölkə Prezidentinin müəyyən etdiyi strateji xəttin reallaşmasına, Azərbaycanda qida təhlükəsizliyi sisteminin qurulması ilə ölkə vətəndaşlarının sağlamlığının qorunmasına əhəmiyyətli töhfə verəcəkdir. Agentlik sədri son illərdə ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən tədbirlər, həmçinin dövlətimiz tərəfindən sahibkarlara göstərilən sistemli dəstək nəticəsində bu sahənin inkişaf etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Samir Eyyubov, Azərbaycan Heyvandarlıq Assosiasiyasının sədri Nazim Səfərov, Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov və digər ictimai birliklərin üzvləri iştirak ediblər. Tədbirdə heyvandarlıq məhsullarının laborator analizlərinin aparılması, müvafiq sertifikatların verilməsi, həmçinin heyvandarlıq məhsullarının idxal və ixracı zamanı işin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Agentliyin mütəxəssisləri tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə peşəkar dəstəyin və metodiki köməkliyin davam etdiriləcəyi bildirilib.

Daha sonra heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!