Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO .....                        Əli Nağıyev və Orxan Sultanov Zəfər parkında .....                        Gəncədə Prezidentin əlindən tutan qız kimdir? .....                        Millimiz MDB Oyunlarına qələbə ilə başladı .....                        Prezident və birinci xanım Trampın ailəsi ilə bir arada - FOTO .....                        İlham Əliyev 27 Sentyabrla əlaqədar paylaşım etdi .....                        Qələbəyə aparan yolun başlanğıcı - 27 Sentyabr .....                        ABŞ-ın tövsiyələrinə əməl etməyə borclu deyilik - Orban .....                        Xaçmazda maşın çaya aşdı - yaralılar var .....                       
Tarix : 25-07-2022, 11:32
Zəngilan beynəlxalq hava limanına IATA kodu təyin edilib

Zəngilanda yeni inşa edilən hava limanına ZZE - üçhərfli beynəlxalq kodu təyin edilib.

Butov.az
xəbər verir ki, "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müvafiq Qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair konfransında (IATA Passenger Services Conference) qəbul edilmişdir.

“Zəngilan rayonundakı beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir. O, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaqdır. Zəngilan hava limanına üçhərfli IATA kodunun təyin edilməsi burada iri və müasir logistika mərkəzinin yaradılması istiqamətində daha bir addımdır”, - deyə “AZAL” prezidenti Cahangir Əsgərov bildirdi.

Hava limanına təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə edilərək yaradılmışdır.

IATA-nın üçhərfli hava limanı kodu sərnişin və yük aviadaşımalarının kommersiya təşkilinə xidmət edir. O, beynəlxalq təxsisetmə zamanı və aerovoğzal komplekslərinin yerüstü xidmətlərinin fəaliyyətində, yəni beynəlxalq aviabilet satışı sistemlərində, uçuş cədvəlində, hava əlaqəsində və sairədə istifadə olunur.

Xatırladaq ki, daha əvvəl ICAO Zəngilandakı beynəlxalq hava limanına UBBZ - dördhərfli kodu təyin etmişdir.
Zəngilanda beynəlxalq hava limanının inşası 2021-ci ilin yazında başlamışdır.

Zəngilanda beynəlxalq hava limanının tikintisi işlərinin bu ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır. Burada bütün tip sərnişin və yük təyyarələri eniş edə bilər.

Zəngilan beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, uzunluğu isə 60 metrdir.

Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!