Egey dənizində ardıcıl zəlzələlər .....                        NATO Baş katibindən çağırış - Müharibəyə hazırlaşın! .....                        Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatdı .....                        Türkiyə Ordusundan Suriyada yeni əməliyyat - 23 terrorçu öldürüldü .....                        Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti tapıldı .....                        Azərbaycan və Qazaxıstan baş konsulları San-Fransiskoda görüşdülər .....                        Sabahın hava proqnozu .....                        Birinci xanımdan Azərbaycan gənclərinə təbrik .....                        Ticarət müharibəsi başladı .....                       
Tarix : Bu gün, 12:16
Ticarət müharibəsi başladı


Ticarət müharibəsi başladı

ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılmasına barədə gözlənilən sərəncamı imzaladı. Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq.
Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıracaq. Beləliklə, Tramp hələ noyabr ayında bu 3 ölkəyə qarşı yüksək rüsum tətbiq edəcəyi xəbərdarlığını reallaşdırdı. Tramp bu qərarını həm də qanunsuz miqrasiya ilə mübarizə və qonşu ölkələrdən fentanil narkotik maddənin ABŞ-yə daxil olmasının qarşısının alınmasıyla izah edib. Sadəcə, bu iki məsələnin digər məhsullara yüksək rüsumların tətbiqi ilə nə əlaqəsinin olduğunu Ağ Evdə izah edən olmayıb.
Ağ Evin hədələrinə baxmayaraq, yüksək tariflərə məruz qalan Kanada, Meksika və Çin cavab tədbirləri planlaşdırırlar. “Bloomberg” agenliyinin xəbərinə görə, Kanada 105 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq. Bu barədə Kanadanın xarici işlər naziri Melani Joli amerikalı həmkarı Marko Rubionu telefonla söhbətində əvvəlcədən xəbərdar etmişdi. Meskikanın iqtisadiyyat naziri Marselo Ebrarda isə açıqlama verərək, yüksək tariflərin ABŞ-ın avtomobil şirkətlərinə mənfi təsir edəcəyini bildirib. Məsələ burasındadır ki, ABŞ-nin “General Motors” və “Ford Motor” şirkətlərinin pikaplarının 88 faizi Meksikada istehsal edilir.
Çin də cavabını gecikdirməyib. Çinin ABŞ-dakı səfirliyi bəyanat yayaraq, Vaşinqtonla Pekin arasında başlanan ticarət müharibəsində qalibin olmayacağını bildirib. “ABŞ bazar iqtisadiyyatının prinsiplərinə hörmət etməlidir” deyilən bəyanatda iki dövlət arasında iqtisadi və ticarət əməkdaşlığına əngəllər yaradılmasının mənfi nəticələri barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, Çinin ABŞ-yə qarşı kəskin addımlar atmayacağını söyləyənlər də var. Pekin Donald Trampın tarifləri artıracağını gözləyirdi. Bütün hallarda ABŞ-Çin münasibətlərində stuktur problemlər mövcuddur və bunlar danışıqlar predmetidir.
Bu arada, ABŞ Konqresində Trampın iki dövlət vəzifəsinə irəli sürdüyü namizədlərin dinləmələri keçirilib. Ağ Ev sahibi Milli Kəşfiyyat Xidmətinə Talsi Qabbardı, Federal Təhqiqat Bürosunun rəhbərliyinə isə Keş Patelin namizədliyini irəli sürüb. Dinləmələr 3 saatdan çox çəkib. Konqresmenlərin hər iki namizədə mürəkkəb sualları olub. Talsi Qabbardın Rusiya-Ukrayna müharibəsinə baxışı tənqid olunub. Talsi Qabbardın Rusiya Prezidenti Vladimir Putin və Suriyanın keçmiş diktatoru Bəşər Əsədlə təmasları barədə suallar səslənib. Talsi Qabbardın 2017-ci ildə Bəşər Əsədlə görüşü tənqid olunub. Talsi Qabbarda “TikTok”un ABŞ üçün mümkün təhlükələri barədə suallar verilib. Talsi Qabbard və Keş Patel dinləmələr zamanı Çinin ABŞ ərazisində kəfşiyyat fəallığının və texnoloji oğurluqlarının qarşısını alacaqlarını bildiriblər.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!