Ağ Evdəki görüşdən yeni GÖRÜNTÜLƏR .....                        Şamaxıda ağır qəza - ölən var .....                        Putin müharibəni dayandırmağa razı olmasa... - Tramp .....                        Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA .....                        Şairin küçədə meyiti tapıldı .....                        Özgür Özəl haqqında istintaq başladı .....                        Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi .....                        Tramp-Putin görüşü ərəfəsində ruslar ildırımsürətli hücuma keçib .....                        Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi .....                       
Tarix : 23-05-2016, 15:26
ABŞ və Çin ticarət müharibəsinə başladı


ABŞ-ın Çin polad məhsullarına idxal rüsumlarını kəskin artırmasından sonra Çinin buna cavab verəcəyi gözlənilir.

Butov.az "Report"-a istinadən bildirir ki, investorların Çin iqtisadiyyatının canlanacağı barədə səslənən fikirlərə inamları getdikcə azalmağa başlayıb və bununla da bu ölkənin əmtəə bazarı ciddi problemlərlə üzləşib. Belə ki, dəmir filizinin qiyməti bu gün 7% , may ayı ərzində isə ümumiyyətlə 30%, polad armaturunun qiyməti bu gün 5%, mayda toplam 32% enib.

Ekspertlər bu əmtəələr üzrə bazarın ən aşağı səviyyəyə enməsinin xeyli davam edəcəyini düşünürlər. Bundan başqa, ekspertlər Çinə xəbərdarlıq ediblər ki, izafi istehsal gücləri gec və ya tez qiymətlərin kəskin azalmasına və sektorun çətinliklərlə üzləşməsinə səbəb olacaq.

Lakin ABŞ-ın idxal rüsumlarını artırılması ilə bağlı qərarınadək olan qiymətlər istehsalçıların hələ mənfəətlə işləməsinə imkan yaradırdı.

ABŞ-ın polad məhsullarına 522% idxal rüsumu tətbiq etməsindən sonra Çin əmtəə bazarında probləmlər kəskinləşməyə başlayıb. Bununla da faktiki olaraq Çindən ABŞ-a polad məhsullarının idxalı dayanıb. Qeyd edək ki, ABŞ bu qərarı 2015-ci ildə ölkədə fəaliyyət göstərən əsas poladtökmə şirkətləri olan "US Steel", "AK Steel Corp.", "Arcelor Mittal", "Nucor Corp." və "Steel Dynamics" tərəfindən verilən iddia ərizəsi əsasında qəbul edib.

ABŞ-ın bu qərarından sonra Çin ABŞ fond birjalarına neqativ təsir edəcək cavab tədbirlər axtarışına başlayıb. Bununla da Çin terli investorları kapitalın paylanması üzərində düşünməyə məcbur etmək niyyətindədir.

Bundan başqa, istər Çin, istərsə də ABŞ fond birjalarında indekslərin yüksək səviyyədə saxlamaq bahasına milli iqtisadiyyatların "zənginlik yaratmasına" nail olmaq istəyir. Hazırda Çinin ABŞ-a hansı formada cavab verəcəyi maraqla izlənilir. Əsas məlum olan odur ki, artıq iki ölkə arasında ticarət müharibəsi başlayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!