Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
8-01-2026, 12:56
Prezident investorları bu sahələrə sərmayə qoymağa ÇAĞIRDI


Prezident investorları bu sahələrə sərmayə qoymağa ÇAĞIRDI

“Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir”​.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur: “Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də”.
8-01-2026, 02:39
Gürcüstan Azərbaycandan tranzit haqqı alacaq


Gürcüstan Azərbaycandan tranzit haqqı alacaq

Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.
Bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib.
Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.
“Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.
6-01-2026, 18:15
Azərbaycan benzini Ermənistana necə kömək edib?


Azərbaycan benzini Ermənistana necə kömək edib?

Ermənistan Azərbaycandan idxal edilən benzin sayəsində ildə təxminən 100 milyon dollar qənaət edəcək.
Bunu şirkəti Azərbaycan benzinini idxal edən Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.
"Son 30 il ərzində Ermənistan daima müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana nəqliyyat yolları bağlanıb, nəqliyyat xərclərinə böyük məbləğlər xərclənib. Təxmini hesablamalara görə, Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından almağa başlasaydı, hər il 80-100 milyon dollar qənaət edərdi. Bu məbləğ digər sektorların inkişafı üçün istifadə oluna bilər".
6-01-2026, 16:10
Naxçıvanın büdcə gəlirləri artıb


Naxçıvanın büdcə gəlirləri artıb

Növbəti büdcə ilində Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri üzrə əhəmiyyətli dəyişiklik proqnozlaşdırılmış, Qanun layihəsində gəlir mənbələrinin cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 15-i artımla, 2-si isə azalma ilə nəzərdə tutulmuşdur.
Bu, Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə Auditor Hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilib ki, 2026-cı il Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 2024-cü ilin icra göstəricisindən 36,5 mln.manat çox, 2025-ci ilin proqnoz göstəricilərindən 10,0 mln.manat az və gözlənilən icra göstəricisindən isə 22,5 mln.manat çox olmaqla 483,2 mln.manat proqnozlaşdırılmışdır.
Təqdim edilmiş məlumatların təhlilinə əsasən 2026-cı il üzrə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərində (gəlir və xərcləri tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılması proqnozlaşdırılan dotasiya istisna olmaqla) cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 1 istiqamət istisna olmaqla artım tendensiyası müşahidə edilmişdir.
Bundan əlavə, növbəti büdcə ilində Naxçıvan Muxtar Respublikası büdcəsinin mədaxil mənbələri üzrə daxilolmaları (dövlət büdcəsindən dotasiya nəzərə alınmadan) 271,6 mln.manat proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin icra göstəricisindən 10,0 mln.manat, 2025-ci ilin proqnoz göstəricilərindən 64,1 mln.manat, cari ilin gözlənilən icrası ilə müqayisədə isə 10,9 mln.manat çoxdur.
5-01-2026, 21:57
Prezident qızılın qiymətindən danışdı: “...kəllə-çarxa çıxdı”


Prezident qızılın qiymətindən danışdı: “...kəllə-çarxa çıxdı”

Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Bu qərarın Azərbaycana çoxlu gəlir gətirdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir”.
5-01-2026, 20:41
“İmarət” stadionunun tikintisinə pul ayrıldı


“İmarət” stadionunun tikintisinə pul ayrıldı

Gənclər və İdman Nazirliyi “PMD Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Müqavilədə “İmarət” stadionun tikinti işlərinin birinci mərhələsinin satın alınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri isə 60,5 milyon manat müəyyənləşib.
Qeyd edək ki, “PMD Project” şirkətinin direktoru Nəriman Topçubaşovdur. O, 2021-ci ildən MMC-nin direktoru olaraq çalışır.
5-01-2026, 14:37
Keçmiş məcburi köçkünlərə şad xəbər - 285 milyon manat ayrılacaq


Keçmiş məcburi köçkünlərə şad xəbər - 285 milyon manat ayrılacaq

Əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 873 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ünvanlı dövlət sosial yardımın verilməsinə 465 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə 285 milyon manat vəsait ayrılacaq. Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, keçmiş məcburi köçkün statusu olan, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin övladları olan, “Müharibə veteranı” adı almış, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş, şəhid ailəsinin üzvü olan, eləcə də peşə təhsili müəssisələrində 20 yaşına çatmamış və orqanizmin funksiyaları 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı şəxslər olan (18,5 min nəfər) tələbələrin müvafiq olaraq təhsil və təqaüd xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə 41,8 milyon manat xərclənəcək.
5-01-2026, 12:32
Ötən il neftimiz bu qiymətə satılıb


Ötən il neftimiz bu qiymətə satılıb

2025-ci ildə "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti məlum olub.
Ötən il Azərbaycan neftinin orta qiyməti 71.1 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, əvvəlki illə müqayisədə neftin orta qiyməti 14% azalıb. Belə ki, 2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti 82.87 ABŞ dollarına bərabər olub.
2025-ci il ərzində ən yüksək göstərici, 84.78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 61.83 ABŞ dolları səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 70 ABŞ dollarından hesablanmışdı. Cari il isə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
5-01-2026, 11:27
Siqaretlər kəskin bahalaşdı


Siqaretlər kəskin bahalaşdı

Azərbaycanda siqaret qiymətləri kəskin artıb.
Bir qutu siqaretin qiyməti orta hesabla 30-60 qəpik artıb.
Əvvəllər 2 manat 60 qəpiyə olan “Magna”nın bir qutusu hazırda 2 manat 90 qəpik, 3 manat 10 qəpiyə satılan “Pall Mall” 3 manat 40 qəpik, 3 manat olan “LD” 3 manat 30 qəpik, 4 manat 20-yə satılan “Winston” 4 manat 80 qəpik, 4 manat 40 qəpik olan “Kent” 4 manat 80 qəpik, 4 manat 70 qəpiyə satılan “Sobranie” isə 5 manat 10, "Want" isə 3:10-dan qalxaraq 3 manat 40 qəpik olub.
Marketlərdə təklif olunan qiymətlər təxminən belədir. Köşklərdə isə siqaretlər təxminən 20 qəpik daha baha satılır.
Satıcıların sözlərinə görə, siqaretlər artıq 3 gündür ki, market və kiosklarda cari qiymətə təklif edilir.
Qeyd edək ki, yanvarın 1-dən etibarən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.
İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.
4-01-2026, 20:26
Neftlə bağlı vacib qərar


Neftlə bağlı vacib qərar

OPEC+ ölkələri neft hasilatının artırılmaması ilə bağlı qərar veriblər.
Təşkilatın səkkiz üzv ölkəsinin nazirləri keçirilən iclasın yekununda 2026-cı ilin birinci rübündə neft hasilatının 2025-ci ilin dekabr ayı səviyyəsində qalacağını təsdiqləyiblər.
Bu barədə OPEC+-in yaydığı kommünikedə bildirilib.
Qərara əsasən, mövsümi dalğalanmalar nəzərə alınaraq 2026-cı ilin fevral və mart aylarında hasilatın mərhələli şəkildə artırılması planı dayandırılıb. Qeyd olunub ki, bu qərar 2025-ci il noyabrın 2-də səkkiz ölkə tərəfindən razılaşdırılıb.
Eyni zamanda, nazirlər 2025-ci ilin noyabr ayının əvvəlində əldə olunan əvvəlki razılaşmanı da xatırladıblar. Həmin razılaşmaya görə, 2025-ci ilin dekabr ayında OPEC+ çərçivəsində neft hasilatının ümumi kvotası sutkada 137 min barel artırılıb.
Mövcud razılaşmalara əsasən, 2026-cı ilin birinci rübü üçün maksimal neft hasilatı səviyyələri belə müəyyən edilib: Rusiya üçün sutkada 9,57 milyon barel, Səudiyyə Ərəbistanı üçün 10,103 milyon barel, İraq üçün 4,273 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri üçün 3,411 milyon barel, Küveyt üçün 2,580 milyon barel, Qazaxıstan üçün 1,569 milyon barel, Əlcəzair üçün 971 min barel və Oman üçün 811 min barel. Bu göstəricilər kompensasiya qrafiki nəzərə alınmadan hesablanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!