“Molla Nəsrəddin”dən özbək “Müştüm”ünə uzanan satira yolu .....                        Güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        DİN əməliyyat keçirdi - Saxlanılanlar var .....                        Yağışlarla əlaqədar təhlükəsizik tədbirləri görülür - VİDEO .....                        Son 24 saatda Hörmüzdən 7 gəmi keçib - 3 min gəmi gözləyir .....                        Azərbaycanlılarla ermənilərin görüşü başladı .....                        Fişəng anbarında partlayış - 2 nəfər öldü .....                        Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır .....                        İş yerini dəyişmək istəyən müəllimlər üçün vacib xəbər .....                       
Tarix : 14-11-2021, 09:35
Erməni rejissor  terrorçu erməniyə mükafat verəcək


Erməni rejissor Arşak Zakaryanın rəhbərlik etdiyi “Ermənistan milli qvardiyası” adlı təşkilat Şuşa şəhəri yaxınlığında azərbaycanlı hərbçilərə qumbara atan Norayr Mirzoyana 1000 dollar yardım edəcək.
Bu barədə adı çəkilən təşkilatın Facebook səhifəsində bildirilib.
“Ermənistan milli qvardiyası Norayr Mirzoyana (ailəsinə) 1000 dollar verəcək və əlavə təşəbbüslə çıxış edəcək”, deyə erməni rejissorun təşkilatı bəyan edib. Qurum Norayr Mirzoyanı “mübarizə lideri” adlandıraraq “onu tək qoymamaq hamımızın borcudur”, - deyə Ermənistana çağırış edib.
Arşak Zakaryanın QHT kimi fəaliyyət göstərən “Ermənistan milli qvardiyası” təşkilatının əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var. Terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran bu qurum öz çağırışı ilə digər erməniləri Azərbaycana qarşı terrora təşviq edib.
Qeyd edək ki, bu o Arşak Zakaryandır ki, ötən il Vətən Müharibəsindən öncə Azərbaycanı təhdid edərək, işğalçı ambisiyasını ortaya qoymuş və Bakının belə zəbt olunacağı ilə bağlı sərsəm açıqlamalar vermişdi.
Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş Arşak Zakaryanın Kəlbəcər işğal altında olanda orada müəyyən biznesi, restoranı vardı. Arşak Zakaryan 2016-cı ildə baş verən "Aprel döyüşləri" zamanı video çəkərək Azərbaycanı hədələmiş, bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gedib çıxacağını bildirmişdi.
Xatırladaq ki, noyabrın 13-də erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında təxribat törədib. Rəsmi məlumata əsasən, avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan N.Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında maşından düşüb və orada xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə doğru əl qumbarası atıb.
Hadisə nəticəsində üç azərbaycanlı hərbçi xəsarət alıb.
A.Qorxmaz


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!