Müharibə iştirakçılarına qarşı dələduzluq edənən şəxs tutuldu - VİDEO
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı ayrı-ayrı vətəndaşların vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, araşdırmalarla onun özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil,sığorta pulu,əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub. Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinauət işi başlanılıb. Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!