Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                        İlham Əliyev siyasətinin təməl prinsipləri .....                        Süni intellektdən istifadə etmirəm - Prezident .....                        İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib .....                       
Tarix : 27-02-2025, 17:33
Yarım milyon dələduzluq - DİN əməliyyat görüntüləri yaydı


Yarım milyon dələduzluq - DİN əməliyyat görüntüləri yaydı

ŞDİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən “First Zenit Capital” səhifəsinin “Shopify” beynəlxalq elektron ticarət portalında dövr etdirmək vədi ilə müxtəlif şəxslərin pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla həmin şirkətin investisiya layihələri ilə məşğul olmadığı, elektron piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərdiyi və insanları ələ almaq məqsədi ilə yüksək məbləğdə qazanc vəd etdikləri müəyyən edilib.
Bu məqsədlə sosial şəbəkələrdə mütəmadi olaraq “First Zenit Capital” şirkətinin reklamları paylaşılıb şirnikləndirici elanlar yerləşdirilib.
Əməliyyat zamanı həmin şirkətin təsisci-direktoru Kərim Bəşirzadə və onunla birgə bu qanunsuz əməlləri törədən Taleh Əlizadə müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların bu yolla zərərçəkənlərin 500 min manata yaxın pulunu ələ keçirdikləri məlum olub. Saxlanılan şəxslərdən dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartları və digər elektron sübutlar aşkarlanaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. K.Bəşirzadə və T.Əlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir. “First Zenit Capital” şirkətinin qanunsuz fəaliyyətindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər.

[media=https://youtu.be/VypSStUgyxY]


Paylaş



Bölmə: Kriminal / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!