İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 8-03-2025, 17:03
Masallıda dəhşətli cinayət: Yeniyetmə anasının sevgilisini bıçaqladı


Masallıda dəhşətli cinayət: Yeniyetmə anasının sevgilisini bıçaqladı

Masallı rayonunda ötən il baş verən cinayət hadisə ilə əlaqədar məhkəmə prosesi başa çatıb.
Hadisə ötən ilin noyabr ayında baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü yeniyetmə (şərti adı M.N.) yaşadığı evin həyətində anasının münasibətdə olduğu kişi (şərti adı S.Ə) ilə qarşılaşıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Yeniyetmə bıçaqla S.Ə.-nin mədəsinə, dalağına və qida borusuna ciddi zədə yetirib.
Məhkəmə iclasında yeniyetmə özünü təqsirli bilib. O bildirib ki, anasının sevgilisi ilə evdə rastlaşması onu əsəbiləşdirib və S.Ə.nin ona qarşı təhqiramiz ifadələr işlətməsindən sonra hadisə baş verib. S.Ə.-nin fiziki cəhətdən ondan üstün olduğunu görən yeniyetmə bıçağı çıxardığını və özünü qorumaq məqsədilə zərbələr endirdiyini söyləyib. Hadisədən sonra isə bıçağı zibillik əraziyə tullayıb.
Zərərçəkmiş S.Ə. ifadəsində M.N.-nı uzun illər tanıdığını və onun ailə üzvləri ilə yaxın münasibətdə olduğunu deyib. Hadisə günü yeniyetmənin anası ona zəng edərək səhhətində problem olduğunu bildirib və onu evə çağırıb. S.Ə. evə daxil olandan sonra açar səsləri eşidib və bir müddət sonra yeniyetmənin qapını açaraq içəri girdiyini deyib. Onun sözlərinə görə, M.N ona “burada nə gəzirsən?” deyərək bıçaqla hücum edib.
Anasının sözlərinə görə, hadisədən sonra oğlu yanına gəlib və S.Ə.-ni bıçaqladığını etiraf edib. Daha sonra zərərçəkmiş xəstəxanaya çatdırılıb.
Yeniyetmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham olunub. Lənkəran ağır cinayətlər məhkəməsi onu təqsirli bilib və ona 3 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cəzanı həbsxanada çəkmədən islah olunmasının mümkün olduğu qənaətinə gələrək ona 1 il sınaq müddəti təyin edib.
Yeniyetmə sınaq müddətində yaşayış və təhsil yerini dəyişməmək, nəzarət orqanlarına məlumat vermədən müəyyən ərazilərə getməmək və elektron nəzarət vasitəsi gəzdirmək kimi öhdəliklər daşıyacaq.


Paylaş



Bölmə: Kriminal / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!