Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb .....                        Azərbaycan opera kollektivi dünya səhnəsində .....                        "Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM .....                        Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır .....                        "Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO .....                        “Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian .....                        Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü .....                        Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI .....                        Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu .....                       
Tarix : 2-05-2016, 14:02
Sabiq nazirin yaxın qohumuna cinayət işi açıldı - yarım milyonluq sövdələşmə



Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi Allahverdi Dəmirova cinayət işi açılıb.

Butov.az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, “Xudafərin Tikinti Quraşdırma” MMC-nin direktoru, 1961-ci il təvəllüdlü Əliyev Sənan Sədi oğlu prokurorluğa müraciət edərək bildirib ki, 2010-cu ilin sentyabr ayında Təhsil Nazirliyinin inzibati binasındakı iş otağında A.Dəmirova külli miqdarda pul verib. Şikayətçi qeyd edib ki, həmin vaxtdan 2011-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda nazirliyin keçmiş idarə rəisinə üst-üstə 450 min pul verib. Pulun qarşılığında A.Dəmirov adı yuxarıda qeyd edilən şirkətə müxtəlif təmir-tikinti işlərinin həvalə ediləcəyinə söz verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq verilən söz yerinə yetirilməyib, həmçinin A.Dəmirov müxtəlif vədlərlə aldığı pulu da geri qaytarmayıb.

S.Əliyevin müraciəti əsasında müvafiq araşdırmalar aparılıb və faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatına verilib.

Qeyd edək ki, A.Dəmirov sabiq təhsil naziri Misir Mərdanovun yaxın qohumu - xalası oğludur.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!