Livanda BMT sülhməramlılları öldü .....                        “Turnirin qalibi olduğumuz üçün sevinirik” .....                        Bölgədə hərbi toqquşmaların dayandırılması vacibdir .....                        Avtobus qatarla toqquşdu, xəsarət alanlar var .....                        Gəncədə zəncirvari qəza: Yaralananlar var .....                        Bakıda qardaş qardaşı GÜLLƏLƏDİ .....                        Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi oldu-YENİLƏNİB .....                        Türkiyə və Suriya kəşfiyyatı casusu saxladı .....                        Zaqatalada ağır qəza: Ölən və yaralananlar var .....                       
10-03-2024, 14:21
Arayik Harutyunyan AzTV-yə müsahibə verdi


Arayik Harutyunyan AzTV-yə müsahibə verdi

Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Harutyunyan AzTV-yə müsahibəsində verib.
Bu barədə kanalın sosial media hesabında məlumat verilib.
Müsahibə kanalın axşam efirində yayımlanacaq.
Veriliş zamanı, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Xankəndidəki əməliyyatından kadrlar göstəriləcək.
10-03-2024, 13:46
Paytaxt və bölgələrdə yağıntılı hava şəraiti davam edir


Paytaxt və bölgələrdə yağıntılı hava şəraiti davam edir

Martın 10-u saat 13:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Şahbuz, Kəlbəcər, Şuşa, Laçın, Daşkəsən, Gədəbəy, Göygöldə qar, Naxçıvan, Şərur, Culfa, Ordubad, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Zaqatala, Şəki, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Naxçıvan MR-da 6, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.
10-03-2024, 13:10
Ağsaqqallar Şurasının 15-ci iclasına ev sahibliyi edəcək


Türkmənistan Ağsaqqallar Şurasının 15-ci iclasına ev sahibliyi edəcək

Türkmənistan Ağsaqqallar Şurasının 15-ci iclasına ev sahibliyi edəcək.
Şuranın iclası 11-13 mart 2024-cü il tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov bu barədə müvafiq qərar imzalayıb.
Sənəd "mehriban qonşuluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan Türk Dövlətləri Təşkilatı (OTG) və üzv dövlətlərlə çoxşaxəli münasibətlərin və konstruktiv əməkdaşlığın daha da inkişaf etdirilməsi və hərtərəfli möhkəmləndirilməsi məqsədilə" imzalanıb.
Qeyd edək ki, OTG Ağsaqqallar Şurasının 14-cü iclası 2023-cü ilin oktyabrında Səmərqənddə keçirilib.
10-03-2024, 12:49
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər tədricən kəsiləcək, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-3° şaxta isti olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
9-03-2024, 16:53
“Toplum TV”nin əməkdaşlarının işi məhkəməyə göndərildi


“Toplum TV”nin əməkdaşlarının işi məhkəməyə göndərildi

Ötən gün "Toplum TV” işi ilə bağlı saxlanılan və barələrində cinayət işi başlanılan media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
İstintaq orqanı hər iki şəxslə bağlı 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib.
Yaxın saatlarda onlar məhkəmə qarşısına çıxarılacaq. Təqdimatlara məhkəmənin hakimi İlahə Abbasovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ələsgər Əhmədoğlu (Məmmədli) və Ruslan İzzətli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunurlar.
9-03-2024, 16:46
"Neftçi"nin futbolçusu zədələndi


"Neftçi"nin futbolçusu zədələndi

"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.
31 yaşlı yarımmüdafiəçi "Kəpəz"ə qarşı keçirdikləri Premyer Liqanın XXVI tur matçında sıradan çıxıb.
Kapitanın əvəzinə 77-ci dəqiqədə meydana Andre Şinyaşiki daxil olub.
Qeyd edək ki, hazırda oyunda hesab bərabərdir - 3:3
9-03-2024, 16:39
Cəbrayılda dəhşətli qəza: 3 nəfər həyatını itirdi


Cəbrayılda dəhşətli qəza: 3 nəfər həyatını itirdi

Cəbrayıl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik maşınlarının toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yol qəzası bu gün saat 14 radələrində Cəbrayılın Marallı kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı maşın toqquşub. Hadisə zamanı Mehdi Mehdiyev, Ehtibar Əliyev və şəxsiyyəti hələ ki, bilinməyən digər bir nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar Füzuli rayon xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
9-03-2024, 15:30
Ən yüksək ödənişli idmançılarının siyahısı açıqlandı


Ən yüksək ödənişli idmançılarının siyahısı açıqlandı

Tarixin ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb.
Siyahını “Sportico” tərtib edib
Cədvəldə idmançıların maaşları, bonuslar, mükafatlar, həmçinin idmanətrafı sahələrdən qazanclar nəzərə alınıb. İdmançıların karyeraları ərzində və ondan sonra qazandıqları məbləğə əsasən hazırlanan siyahıya Maykl Cordan başçılıq edir.
Basketbol əfsanəsi 3 milyard 750 milyon dollar qazanıb. İlk “onluq”da üç qolfçu, üç futbolçu, iki basketbolçu yer alıb. Tennis və boks siyahıya bir təmsilçisi ilə düşüb.

1. Maykl Cordan (basketbol) – 3,75 milyard dollar
2. Tayqer Vuds (qolf) – 2,66
3. Kriştiano Ronaldo (futbol) – 1,92
4. Arnold Palmer (qolf) – 1,75
5. Lebron Ceyms (basketbol) – 1,7
6-7. Cek Niklaus (qolf) – 1,67
Lionel Messi (futbol) – 1,67
8. Devid Bekhem (futbol) – 1,5
9. Rocer Federer (tennis) – 1,49
10. Floyd Meyvezer (boks) – 1,48
9-03-2024, 15:07
Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir


Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir

Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən daxil olan məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.
Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir.
Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.
Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.
9-03-2024, 14:33
Şamaxıda palçıq vulkanı püskürdü - FOTO


Şamaxıda palçıq vulkanı püskürdü - FOTO

Şamaxıda palçıq vulkanı püskürüb.
Təbiət hadisəsi rayonun Məlikçobanlı kəndi ərazisində qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, vulkan püskürməsindən öncə ərazidə uğultu səsi eşidilib. Sonra yerin dərinliyindən çıxan lava müəyyən ərazidə torpağın üz səthinə yayılıb.
Palçıq vulkanı təxminən 10-15 metr hündürlüyə püskürüb. Belə vulkanlar üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb.
Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!