Xocalının Təzəbinə kəndinə növbəti köç oldu .....                        Əbədiyaşarları yaşadanlar .....                        Bakıda yanıq xəsarətləri alan qadın öldü .....                        Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir .....                        Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı .....                        Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər? .....                        Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı .....                        Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi .....                        Əhali içki və siqaretə 2 milyard manat xərcləyib .....                       
28-09-2022, 16:32
Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü


Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb. Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib. “Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanla müzakirələr apardıq. Biz növbəti şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”, - deyə Ceyk Sallivan qeyd edib.
27-09-2022, 19:18
Düşmənin yer altında qurduğu beton tunel


Düşmənin yer altında qurduğu beton tunel

Real TV Lələtəpə yaxınlığında torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin ərazidə qurduğu beton tunellərlə bağlı süjet hazırlayıb. Butov.az xəbər verir ki, korpus komandiri, general-mayor Mais Bərxudarov tunelin texniki göstəricilərinə dair ətraflı məlumat verib.“Sentyabrın 27-si günün ikinci yarısında biz artıq burada idik. Ermənilər inadla bura hücum edirdilər. 150 nəfər bir, 200 nəfər bir. Onlar buradan çıxmamaq üçün bura daxil olmaq istəyirdilər. Onların içərisində olan bir tağıma qədər qüvvəni məhv etmişdik”, - deyə Mais Bərxudarov bildirib. Həmin süjeti təqdim edirik:

27-09-2022, 19:14
Bu dəmiryolu marşrutu üzrə reyslərin sayı artırılır


Bu dəmiryolu marşrutu üzrə reyslərin sayı artırılır

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayı artırılacaq. Bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb. Qeyd olunub ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək. Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır. Qeyd edək ki, dəyişiklik edilən reyslərinin nömrələri cədvəldə sarı rənglə işarələnib.
27-09-2022, 19:05
“Şimal axını” qaz kəmərinə partlayış olub


“Şimal axını” qaz kəmərinə partlayış olub

"Şimal axını 1" və "Şimal axını 2" qaz kəməri marşrutlarında iki partlayış olub. Bu barədə İsveçin Milli Seysmik Şəbəkəsi məlumat yayıb. Bildirilib ki, şəbəkənin ölçmə stansiyaları sentyabrın 26-da müxtəlif vaxtlarda iki partlayış qeydə alıb. Hadisə ilə bağlı araşdırma aparılır. Onu da qeyd edək ki, gecə saatlarından etibarən "Şimal axını" ilə Rusiyadan Şimali Avropaya qaz nəqli tammilə dayandırılıb.
27-09-2022, 18:54
Bakıda NATO kursunun açılışı oldu


Bakıda NATO kursunun açılışı oldu

NATO-nun ölkəmizdə keçirilən "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC EF Database Training Course) açılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Açılış mərasimində Anım Günü ilə əlaqədar olaraq torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, şərtləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub. Qeyd edək ki, ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursu (OCC EF Database Training Course) sentyabrın 30-na kimi davam edəcək.


27-09-2022, 18:51
Ata qızının üzünə "kislota" tökdü - Bakıda mülk davası


Ata qızının üzünə "kislota" tökdü - Bakıda mülk davası

Bakıda ata qızının üzünə sulfat turşusu ("kislota") tökərək yandırıb. Bu barədə zərərçəkən qızın həyat yoldaşı Elnur Əhmədov məlumat verib. Onun sözlərinə görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini İldız İbayev 1986-cı il təvəllüdlü qızı, Yeganə Əhmədovanın üzünə “kislota” atıb. E.Əhmədov qeyd edib ki, hadisəyə xanımının valideynləri ilə arasında olan mülk davası səbəb olub:“Bu məsələ üç ildir ki, davam edir. Yoldaşımın valideynləri 17 il öncə qızlarına torpaq sahəsi hədiyyə ediblər. Mən də həmin torpaq sahəsində ev tikmişəm. 17 ildir ki, həmin evdə yaşayırıq. Son üç ildir ki, qarşılarına məqsəd qoyublar ki, bizdən o evi alsınlar. Qanuni yolla heç nə edə bilmədiklərinə görə dünən səhər saat 9 radələrində yoldaşımın üzünə “kislota” tökərək, evdə heç kim olmadığı vaxtda onu öldürmək istəyiblər. Yeganə balaca övladımı bağçaya aparanda qapının ağzında ata və anası yandırıcı maddəni əskiyə tökərək onun üzünə basıblar”. Elnur Əhmədovun sözlərinə görə, hazırda xanımı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alır:“Yoldaşımın vəziyyəti orta-ağır olaraq qalır. Bütün üzü yanıb. Danışa bilmir”. E.Əhmədov onu da bildirib ki, qayınatası və qayınanasından şikayətçidir:“Hadisə ilə bağlı polisə müraciət etmişik. Polislər ekspertizanın rəyini gözləyirlər. Ondan sonra istintaq başlanacaq. Biz onlardan şikayətçiyik. Üç ildir ki, evimizi bizdən almaq istəyirlər”.
27-09-2022, 18:47
Laçında Ermənistanın PUA-sı ələ keçirildi


Laçında Ermənistanın PUA-sı ələ keçirildi

Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

27-09-2022, 18:44
Azərbaycan əsgəri Qarakilsə yüksəkliyində


Azərbaycan əsgəri Qarakilsə yüksəkliyində

“Caliber.az” hərbi-analitik internet portalı Azərbaycan ordusunun “Qətiyyətli cavab” əməliyyatını təhlil edib. Portalın hərbi təhlilində “bu əməliyyatdan sonra dəniz səviyyəsindən 3550,4 metr yüksəklikdə olan Böyük İşıqlı dağı tamamilə bizim nəzarətimizə keçdi. İndi biz praktiki olaraq Kiçik İşıqlı dağının arxasında yerləşən Qaragöl gölünün bütün perimetrinə nəzarət edirik”, - deyə bildirilir. Qeyd edilir ki, Ermənistanın Qarakilsə şəhəri (Sisian) artıqAzərbaycan Ordusunun vizual və atəş nəzarəti altındadır. Butov.az "Caliber"in hazırladığı videonu təqdim edir:


27-09-2022, 18:40
ABŞ Ukraynaya görə İranı cəzalandırıb


ABŞ Ukraynaya görə İranı cəzalandırıb

Bir neçə gün öncə Ukrayna hökuməti İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib. Bununla da iki ölkə arasında diplomatik əlaqələr kəsilib, böyük qalmaqalın əsası qoyulub. İran səfirinin Kiyevdən qovulması təsadüfi deyil. Buna səbəb İranın Ukraynaya qarşı müharibədə istifadəsi üçün Rusiyaya kamikadze dronlarını verməsi olub. İki ölkəni üz-üzə qoyan dron qalmaqalı barədə danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İranın Rusiyaya PUA-lar verməsi Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı müharibəyə müdaxilədir. Bunu İranın Kiyevə zərbəsi kimi qiymətləndirmək olar. Politoloqun sözlərinə görə, İrandan Ukraynaya birinci zərbəni ali dini lider Ayətullah Xamenei vurub. Belə ki, o, prezident Vladimir Putinlə görüşdə Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verdiyini bəyan edib. S.Soltan vurğulayıb ki, İran lap əvvəldən Rusiyaya həm siyasi, həm də hərbi dəstək verir:"İran tərəfi bu dəstəyin adını ABŞ-a qarşı mübarizə adlandırır. İran bildirir ki, müharibənin başlamasının əsas səbəbi ABŞ və NATO-dur. Bunu özünə bəraət qazandımaq üçün edir. Buna görə də, Ukrayna İranla diplomatik əlaqələri kəsməyə məcbur olub. Ukrayna başqa cür etirazını bildirə bilməzdi”. Politoloq, həmçinin vurğulayıb ki, bu dəstəyə görə İran ABŞ tərəfindən cəzalandırılıb: “ABŞ Rusiyaya dəstək verdiyinə görə İrana açıq müdaxilə edə bilməz. Sadəcə olaraq ABŞ İran şirkətlərinə sanksiya tətbiq edə bilir. Rusiya ilə əməkdaşlıq edən İran şirkətlərinə, o cümlədən Rusiyaya hərbi yardım daşıyan İran aviaşirkətinə artıq sankisya tətbiq edilib. Bir sözlə, deyə bilərik ki, ABŞ tərəfindən İran cəzalandırılıb. İran bu əməlinə görə, beynəlxalq ictimaiyyətdə işğalçını, təcavüzkarı müdafiə edən, ona yardım göstərən ölkə kimi tanınır. Bu isə beynəlxalq ictimaiyyət tərəfindən yeni sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər”.

27-09-2022, 16:12
İranda tutulan azərbaycanlı fəallar həbsdə aclığa başladılar


İranda tutulan azərbaycanlı fəallar həbsdə aclığa başladılar

İranın Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində keçirilən etiraz aksiyalarında saxlanılan azərbaycanlı fəallar aclığa başlayıblar. Rumina Rəhmani, Mubina Rəhmani, Məlihə Güləfşan, Əmirhüseyn Xəlilzadə, Meysəm Zəhmətkeş, Əli Zəhmətkeş sentyabrın 21-də gecə saatlarında İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin (ETTELAAT-ın) məmurları tərəfindən döyülərək tutulublar. Adları çəkilən şəxslər ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra Azərbaycanın Marağa şəhərindəki təcridxanaya köçürülüblər. Hazırda 6 azərbaycanlı gənc fəal aclıq aksiyası keçirir. Onlar qanunsuz həbs edildiklərini, təzyiq, təqib və təhqirlərə məruz qaldıqlarını söyləyiblər. Aclıq aksiyası bunlara etiraz olaraq keçirilir. Azərbaycanlı fəalların nədə ittiham olunduğu açıqlanmayıb. Gənclərin ailə üzvləri bildiriblər ki, yaxınlarının həyatlarına təhlükə yaranarsa, buna görə Məlikan şəhərinin prokuroru Mürtəza Fərcampur məsuliyyət daşıyacaq. Bundan başqa, Azərbaycanın Ərdəbil bölgəsindən olan azərbaycanlı fəallar Əsgər Əkbərzadə, Səid Sadiqifər, Meysəm Colani və Möhsün Möhsünzadənin həbs edilmələrindən bir həftə keçməsinə baxmayaraq, onların harada saxlanıldıqları və vəziyyətlərinin necə olması barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb. Adıçəkilən şəxslərin ailə üzvləri dəfələrlə Ərdəbil prokurorluğu və başqa əlaqədar qurumlara müraciət etdiklərini, ancaq heç bir cavab ala bilmədiklərini bildiriblər. Qeyd edək ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilib. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub. Təhlükəsizlik qüvvələri aksiyaları dağıtmaq üçün güc tətbiq edir. Nəticədə azı 41 nəfər öldürülüb. İranın dini-ideoloji mərkəzi yerləşən Qum şəhərində 3 müctəhid – ayətullah Əsədullah Bayat Zəncani, ayətullah Hüseyn Nuri Həmədani, ayətullah Mustafa Mühəqqiq Damad etiraz aksiyası keçirən şəxsləri dəstəkləyiblər. Bu nüfuzlu din xadimləri yaydıqları bəyanatda İran hakimiyyətindən xalqın tələblərini dinləyib problemlərini həll etməyi tələb ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!