Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                       
20-06-2022, 21:18
Ombudsmanın maaşı ARTIRILIR

Ombudsmanın maaşı ARTIRILIR

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşı artırılır. Bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manat olacaq. Bundan əlavə müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək.
Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
20-06-2022, 21:14

Toylarla bağlı daha bir tələb ləğv edilir
Toylarla bağlı daha bir tələb ləğv edilir

2022-ci il iyunun 21-dən etibarən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ləğv olunur. Bununla bağlı Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında qərarında deyilir.
20-06-2022, 21:04
Brüssel görüşü 5 saat davam etdi

Brüssel görüşü 5 saat davam etdi: İrəliləyiş var

Brüsseldə Finlandiya, İsveç və Türkiyə nümayəndə heyətləri arasında Şimali Atlantika Alyansına üzvlük məsələsi üzrə keçirilən danışıqlarda irəliləyiş var. Bu barədə Finlandiya prezidentinin ofisindən məlumat verilib.
“Müzakirələr təxminən beş saat davam etdi. Bəzi məsələlərdə aydın irəliləyiş var, digərləri üzrə konsensusa çatmaq üçün hələ çox yol var. Əldə olunan razılaşmalarla bağlı müzakirələr aparılacaq. Ümumi məqsəd müzakirəni mümkün qədər tez davam etdirməkdir”, - məlumatda vurğulanıb.
20-06-2022, 15:52
İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı


Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
20-06-2022, 15:47
Neft gəlirlərindən xalqın payına nə düşəcək?


Neft gəlirlərindən xalqın payına nə düşəcək?
Növbədənkənar sessiyada Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılmasına ehtiyac var. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
O qeyd edib ki, Azərbaycanda monopoliyanın olması inflyasiya göstəricilərinə də təsir edir:
"Dövlət büdcəsi ilə bağlı proqnozlara aydınlıq gətirilməli məsələlər var. Hansı əsasla ilin ilk 5 ayında ümumdaxili məhsulun həcmi 7 faizin üzərində olduğu bildirilir və ilin sonrakı dövründə 5 faiz ətrafında olacaq?
Bundan əlavə inflyasiya göstəricisi 12.5 faizdir. Hansı əsasla qeyd etmək olar ki, ilin sonrakı dövründə də bu rəqəmlər ətrafında olacaq? Mən buna inanmıram".
Əli Məsimli vurğulayıb ki, neft gəlirlərinin artımından Azərbaycan xalqının payına nə düşəcək, bunu qeyd etmək lazımdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!