Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
21-12-2021, 21:02
Bakıda narkotikin onlayn satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən Bütöv.az-a verilən məlumata görə, həyata keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha iki nəfər - paytaxt sakini Cabir Əliməmmədov və əvvəllər məhkum olunmuş Azər Kərimov tutulublar.

Onların üzərindən 42 bükümdə çəkisi 50 qrama yaxın satış üçün qablaşdırılan heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı həmin şəxslər narkotik vasitələri onlayn yolla satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından aldıqlarını bildiriblər.

Qeyd edək ki, C.Əliməmmədov və A.Kərimov Bakı şəhərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Təqdim edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

21-12-2021, 20:57
Vüqar Səfərlinin əmlakı müsadirə edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report” xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökumə əsasən, digər təqsirləndirilən – N.Məmmədov 6 il, B.İsmayılov, Ə.Vəliyev, N.Məmmədov, B.Fətullayev, T.Xəlilov, T.Tahirov, V.Orucov, T.Yaqubova, Ş.İbrahimov və N.Hacıyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.

Hökmdə qeyd edilib ki, bütün təqsirləndirilən şəxslərin üzərinə müəyyən məbləğ ödəmək öhdəliyi qoyulub. Təqsirləndirlilən şəxslər həmin məbləği Medianın İnkişafı Agentliyinə ödəməlidirlər.

Eyni zamanda hökmdə göstərilib ki, V.Səfərli Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evi müsadirə edilib, bank hesabına həbs qoyulub.

Bundan başqa, N.Məmmədovun torpaq sahələri, Ə.Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları da müsadirə olunub.

Xatırladaq ki, hökmə əsasən, V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Qeyd edilib ki, o, 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.

Qeyd edək ki, dövlət ittihamçısı V.Səfərlinin 11 il, B.İsmayılov 7 il, Ə.Vəliyev 7 il, N.Məmmədov 7 il, B.Fətullayev 2 il, T.Xəlilov 2 il, T.Tahirov 7 il, V.Orucov 2 il, T.Yaqubova 6 il şərti, Ş.İbrahimov 2 il və N.Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Bütöv.az
21-12-2021, 20:50
Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bütöv.az
21-12-2021, 20:46
Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

Görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq bildirilib.

Gürcüstanın müdafiə nazirinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Bütöv.az
21-12-2021, 20:36
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib.

Nazir Fatih Dönməz Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyi vurğulanıb, enerji sahəsində əməkdaşlığın ötən illərdə olduğu kimi davam etdirilməsi məmnunluqla qeyd edilib.

Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub, nazir Fatih Dönməzin səfərinin enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan olduğu bildirilib.

Görüşdə Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, konkret layihələrin müzakirəsi üçün yeni bir platforma olduğu bildirilib.

Bütöv.az
21-12-2021, 15:29
Sabah Bakıda intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 22-də arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə olacaq. Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.


Bütöv.az
21-12-2021, 15:16
Prokuror reket-“jurnalist” Ata Abdullayevə 9 il həbs cəzası istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında A.Abdullayevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə nitqinə hazır olmadığını deyib və o, məhkəmədən vaxt istəyib.

Növbəti proses dekabrın 28-də davam etdiriləcək.

Xatırladaq ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Bütöv.az
21-12-2021, 15:13
Səfayə Əhmədova koronavirusa yoluxub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Səfayə Əhmədova koronavirusa yoluxub.

Oxu.Az xəbər verir ki, COVID-19 infeksiyasına yoluxan S.Əhmədova müalicə üçün “Yeni Klinika”ya yerləşdirilib.

Əməkdaşımız S.Əhmədova ilə əlaqə saxlayıb. O, məlumatı təsdiq edib və vəziyyətinin yaxşı olmadığını deyib.

Qeyd edək ki, S.Əhmədova bundan əvvəl də koronavirusa yoluxmuşdu.


Bütöv.az
21-12-2021, 15:07
Sülhməramlılar Qarabağ ermənilərinə yardım apardı - VİDEO

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağda atəşkəs və hərbi əməliyyatlar üzrə əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət edir.

Bütöv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

"Son bir ay ərzində heç bir qanun pozuntusu qeydə alınmayıb, ayrı-ayrı insidentlər üçtərəfli birgə səylərlə yerindəcə həll edilib", - deyə məlumatda bildirilib.

Həmçinin sülhməramlı kontingentin hərbi həkimləri 1000-dən çox erməniyə tibbi yardım göstərib, onlara humanitar yardımlar aparıb.

Bildirilib ki, yardımın həcmi 3 tona yaxındır.

21-12-2021, 14:36
KİV: İlham Əliyev və Paşinyan arasında daha bir görüş keçirilə bilər

Brüssel görüşü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bu il keçirilən son görüş olmaya bilər.
Ermənistanın “Past” nəşrinin XİN-dəki mənbələrə istinadən yaydığı məlumata görə, Azərbaycan və Ermənistan liderləri bu il növbəti dəfə Rusiyada görüşə bilərlər.


“Əgər bu görüş baş tutarsa, çox güman ki, ümumiləşdirici xarakter daşıyacaq. İlkin məlumata görə, yeni görüş geniş tərkibdə keçiriləcək, dövlət başçıları ilə yanaşı iclasda həmçinin üçtərəfli komissiyanın üzvləri – baş nazir müavinləri Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayev, həmçinin müdafiə və xarici işlər nazirləri iştirak edəcəklər”, - deyə məlumatda qeyd olunub.

Görüşlə bağlı hələlik bütün detalların razılaşdırılmadığı vurğulanır.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!