Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
14-11-2021, 09:35
Erməni rejissor  terrorçu erməniyə mükafat verəcək


Erməni rejissor Arşak Zakaryanın rəhbərlik etdiyi “Ermənistan milli qvardiyası” adlı təşkilat Şuşa şəhəri yaxınlığında azərbaycanlı hərbçilərə qumbara atan Norayr Mirzoyana 1000 dollar yardım edəcək.
Bu barədə adı çəkilən təşkilatın Facebook səhifəsində bildirilib.
“Ermənistan milli qvardiyası Norayr Mirzoyana (ailəsinə) 1000 dollar verəcək və əlavə təşəbbüslə çıxış edəcək”, deyə erməni rejissorun təşkilatı bəyan edib. Qurum Norayr Mirzoyanı “mübarizə lideri” adlandıraraq “onu tək qoymamaq hamımızın borcudur”, - deyə Ermənistana çağırış edib.
Arşak Zakaryanın QHT kimi fəaliyyət göstərən “Ermənistan milli qvardiyası” təşkilatının əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var. Terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran bu qurum öz çağırışı ilə digər erməniləri Azərbaycana qarşı terrora təşviq edib.
Qeyd edək ki, bu o Arşak Zakaryandır ki, ötən il Vətən Müharibəsindən öncə Azərbaycanı təhdid edərək, işğalçı ambisiyasını ortaya qoymuş və Bakının belə zəbt olunacağı ilə bağlı sərsəm açıqlamalar vermişdi.
Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş Arşak Zakaryanın Kəlbəcər işğal altında olanda orada müəyyən biznesi, restoranı vardı. Arşak Zakaryan 2016-cı ildə baş verən "Aprel döyüşləri" zamanı video çəkərək Azərbaycanı hədələmiş, bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gedib çıxacağını bildirmişdi.
Xatırladaq ki, noyabrın 13-də erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında təxribat törədib. Rəsmi məlumata əsasən, avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan N.Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında maşından düşüb və orada xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə doğru əl qumbarası atıb.
Hadisə nəticəsində üç azərbaycanlı hərbçi xəsarət alıb.
A.Qorxmaz
13-11-2021, 15:51
Yevlax rayonunda tələbə qız oğurlanıb

Yevlax rayonunun Ərəş kəndində məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi yetkinlik yaşına çatmamış Təhməzli Rəvanə Məmməd qızı 12 noyabr 2021-ci il tarixində Allahverdiyev Elgiz Təbriz oğlu və dostları tərəfindən oğurlanıb. Valideynlərinin verdiyi məlumata görə onlar qızı Oğuz rayonunun Söyüdlü kəndinə aparıblar.
Bir sutkaya yaxındır ki, qızın yaxınları Yevlax rayon Polis İdarəsinin qarşısında naçar durumda qalıblar. Onlar Yevlax polisinin hadisəyə çox biganə yanaşdığını, hətta onlara polis tərəfindən təzyiqlər olduğunu bildiriblər. Arada valideynlərinə söz veriblər ki, tezliklə qızı tapacaqlar. Ancaq sonradan qızın yaxınları anlayıblar ki, polis onları “yola verir”. Arada qız anası ilə telefon əlaqəsi saxlayıb və ağlayaraq onu tezliklə quldurların əlindən qurtarmalarını istəyib, yoxsa özünə qəsd edəcəyini söyləyib. Görəsən elmi-texniki tərəqqinin bu qədər inkişaf etdiyi bir dövrdə Yevlax polisi adam oğrularını niyə “tapa bilmir?” Yaxud onların cinayətkarlara qarşı bu qədər humanist davranmaları nədən qaynaqlanır? Yəqin ki bu sula Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi açıq və aydın cavab verəcək.
12-11-2021, 17:56
İlham Əliyev: “Türkiyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi böyük uğurla həyata keçirəcək”

“Türk Dünyasının Ali Ordeninin sədrliyin Türkiyəyə təhvil verildiyi bir gündə mənə verilməsi xüsusilə önəmlidir. Bu, sədr kimi ötən iki ildə sərf etdiyimiz səylərin də eyni zamanda müvəffəqiyyətlə istənilən nəticələrə gətirib çıxardığını təsdiqləmiş olur”.

Bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verir:

“Ölkələrimiz arasında həmrəylik, qarşılıqlı hörmət sayəsində Türkiyə sədrliyi böyük bir uğurla həyata keçirəcək. Türk dünyasının lideri olaraq hörmətli qardaşım bu istiqamətdə yalnız və yalnız uğur qazanacaq. Çünki böyük baxışı sayəsində Türkiyə çox böyük yol qət edib və qlobal mənada gücə çevrilib.

Tək bölgəmizdə deyil, bütün dünyada Türkiyənin gücü tanınır. Həm iqtisadi, həm siyasi, həm hərbi gücdən danışırıq. Dünyada elə bir ölkə yoxdur ki, Türkiyənin vacibliyinin fərqində olmasın. Əziz qardaşımın baxışı sayəsində Türkiyənin qət etmiş olduğu yol, inkişafı hamımız üçün əslində nümunə olacaq bir yoldur. Çünki biz türk dünyasının qəlbinin burada atdığını bilirik.

Bu da hamımıza əlavə olaraq güc və güvən verir. Azərbaycan xalqı adından əziz qardaşıma bir daha təşəkkür edirəm. Ona olan dərin hörmətimizi bir daha dilə gətirmək istəyirəm. Azərbaycanda hər kəs Rəcəb Tayyib Ərdoğanı böyük hörmət və sevgi ilə anır. Türkiyə Prezidenti Azərbaycanda çox önəmli bir şəxsiyyət olaraq qəbul edilir”.

Butov.az
12-11-2021, 17:39
Bakıda şəhid ailələrinin evindən oğurluq edilib - VİDEO

Bakıda oğurluq edən şəxslər saxlanılıb.

Butov.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb.

Həmin kompleksdə yaşayan daha 11 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da evlərindən müxtəlif vaxtlarda kombilərin oğurlandığı qeyd edilib. Hadisələrin eyni yaşayış kompleksində və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.

Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində 12 evdən kombi aparatı oğurlayan şəxslər – Sübhan Ağayev, Sənan Mustafayev, Orxan Nüsrətli və Taleh Haqverdiyev qısa zamanda saxlanılaraq istintaqa təqdim olunublar və onlar ifadələrində törətdikləri hadisələri etiraf ediblər.

Qeyd edək ki, kombiləri oğurlanan zərərçəkənlərdən ikisi şəhid ailəsidir. Polis əməkdaşları tərəfindən oğurlanan kombilərin bir neçəsi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Şəhid ailələrinə məxsus kombi aparatlarının qısa zaman ərzində onlara qaytarılması təmin ediləcək.

Faktlarla bağlı 10-cu Polis Bölməsində toplanan materiallar Qaradağ Rayon Polis İdarəsinə göndərilib.

"Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Qaradağ Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına və ya "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.



12-11-2021, 17:35
Azərbaycanda bu görüntüsü ilə gündəm olan sürücü həbs olundu - VİDEO

Bakıda motosikletlə şou göstərən sürücü saxlanıb. Həmin sürücünün əməli avtoxuliqanlıq kimi qiymətləndirilib və o, inzibati qaydada həbs edilib.

Butov.az xəbər verir ki, eyni anda həm əyləci, həm də qaz pedalını sıxır.
Motosiklet yerindən tərpənmədiyi üçün arxa təkər yerində dövr edir. Bu zaman ətrafa həm güclü səs yayılır, həm də təkərdən tüstü çıxır.

Görüntülər bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Tolstoy və Səməd Vurğun küçələrinin kəsişməsində çəkilib. Həmin video sosial şəbəkələrdə də paylaşılıb və xeyli müzakirlərə səbəb olub. Kadrlardan da göründüyü kimi, həmin gəncin əməli ərazidə xidmət aparan polis əməkdaşı tərəfindən lentə alınıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılıb və motosikletin sürücüsü - 19 yaşlı Əli Hidayətzadə saxlanıb. Həm özü, həm də ətrafdakı insanlar üçün təhlükə yaradan sürücü deyir ki, motosiklet özünə məxsusdur və restoranlardan birində kuryer işləyir.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə deyib ki, bəzən motosiklet və moped sürücüləri elə zənn edirlər ki, onlar nəqliyyat vasitəsi idarə etmirlər. Amma bu, kökündən yanlışdır. Onlar da təyinatlarına uyğun yol hərəkəti qaydasına əməl etməlidirlər.

Qeyd edək ki, motosikletin sürücüsü Əli Hidayətzadə barəsində toplanan material Nəsimi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, avtoxuliqanlıq əməlinə görə, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs olunub.

12-11-2021, 17:27
Vüqar Qurbanov xəstəxananın baş həkimini İŞDƏN ÇIXARDI

İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Qasımov tutduğu vəzifədən azad edilib.

Unikal.org-un məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, hələlik E.Qasımovun yerinə təyinat yoxdur.

Xəbəri TƏBİB-in mətbuat xidmətindən təsdiqləyiblər.

Butov.az

12-11-2021, 17:11
İlham Əliyev Türk Şurasının Zirvə Toplantısında çıxış etdi -  VİDEOLAR

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşünü açıq elan edib.

Sonra Türkiyə dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.







Butov.az
12-11-2021, 17:03
Ərdoğan Zəngilandan DANIŞDI

“Qarşıdan gələn müddətdə şəhərlərimizi yeni texnologiyalar və yenilikçi yanaşmalar istifadə edərək “Ağıllı şəhər”lərə çevirməliyik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib.

“Yaşıl böyümələrə yönələn ortaq layihələrə birgə imza atmalıyıq. “Ağıllı şəhər” sahəsində işğaldan azad edilən Zəngilanda başladılan işlər təqdirəlayiqdir”, - deyə o vurğulayıb.

Butov.az
12-11-2021, 16:59
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi söhbət - VİDEO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında iştirak etmək üçün İstanbulda səfərdə olan liderlər gəmi vasitəsilə toplantının keçiriləcəyi məkana yollanıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Tədbirin keçirildiyi ünvana yollanarkən gəmidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında səmimi söhbət diqqətdən yayınmayıb.

Həmin görüntüləri təqdim edirik:





Butov.az
12-11-2021, 13:08
Hikmət Həsənovla nə baş verir?

General-mayor Hikmət Həsənov özü Prezidentin Zəfər Günündə Şuşada hərbçilərlə görüşündə iştirak etməməsinin səbəbini açıqladı. Bu, obyektiv səbəbdir. İnsan müalicəsi ilə məşğuldur. Müdafiə Nazirliyi lazım bilsə idi, onunla bağlı müəyyən açıqlama yayardı.

Bu sözləri Axar.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov general-mayor Hikmət Həsənovla bağlı yayılan müxtəlif xəbərlərə münasibət bildirərkən deyib.

“Son günlər bir neçə il əvvəl baş vermiş neqativ hadisələrlə bağlı şayiələr yayılıb, orada da Hikmət Həsənovun adı hallanır. H.Həsənov Azərbaycanda sıravi insan deyil, generaldır, düşünmürəm ki, onunla bağlı nəyisə gizlətmək mümkün olsun. Hər hansı bir şey olsaydı, rəsmi şəkildə elan edilərdi və burda gizlədəcək heç nə yoxdur”, - ekspert bildirib.

Ü.Cəfərov general-mayor H.Həsənovun Ağdam istiqamətində minaya düşməsi ilə bağlı xəbərin yeni yayılmasına isə bu cür aydınlıq gətirib:

“Həmin vaxt müharibə gedirdi, ola bilsin, məqbul sayılmayıb. H.Həsənov ürəyindən əməliyyat keçirib, ürəyinə stend qoyulub və döyüşlərdən artıq qayıdıb, indi o xəbərin yayılmasının heç bir narahatlığı yoxdur. Sadəcə bəzi insanlar bizdə sensasion xarakterli məlumatları istədikləri formada təqdim etməyi sevirlər ki, auditoriya toplasınlar. Bunu qətiyyətlə pisləyirəm. İnformasiya müharibəsində boşluğa yol verməməliyik. Şayiələrin qarşısını almaq üçün sərt addımlar atmaq lazımdır. Əsgərlərimiz gecə-gündüz ayaqüstə, canları-qanları ilə xidmət edir, ancaq təəssüf ki, kimlərsə bekarçılıqdan evdə kompüter arxasında müəyyən dezinformasiyalar, şayiələr yayır. Son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq”.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!