İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                       
28-04-2025, 16:17
“Özümü Ərdəbil və Təbrizdəki kimi hiss edirəm” - Pezeşkian Bakıdan səsləndi


“Özümü Ərdəbil və Təbrizdəki kimi hiss edirəm” - Pezeşkian Bakıdan səsləndi

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
Məsud Pezeşkian Bakıda uzun müddət qala bilməyəcəyini və İranda baş verən faciəli hadisələrə görə geri qayıtmaq məcburiyyətində qaldığını bildirib.
Azərbaycanda özünü yad kimi hiss etmədiyini qeyd edən Pezeşkian deyib:
"Özümü Ərdəbil və Təbrizdəki kimi hiss edirəm. İnşallah, iqtisadi, siyasi, hərbi və digər sahələrdə əlaqələrimiz inkişaf edəcək".
Pezeşkian bildirib ki, İranın Azərbaycanla çox oxşar cəhətləri var:
“Biz heç vaxt imkan verməyəcəyik ki, kimlərsə münasibətlərimizi korlasınlar və aramızda fikir ayrılığı yaratsınlar".
Azərbaycan Prezidenti Əliyev deyib: “İnanıram ki, bu qarşılıqlı səfər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək. Biz bir çox müxtəlif mövzularda çox faydalı fikir mübadiləsi apardıq. Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir.
İki ölkə arasında mühüm sənədlər imzalanıb və bu sənədlər iki ölkənin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini nümayiş etdirir.
İranın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlib və müxtəlif sahələrdə mühüm sənədlər imzalanıb”.
28-04-2025, 16:09
Milli Məclis mayın 1-də toplaşır - Gündəlikdə 12 məsələ var


Milli Məclis mayın 1-də toplaşır - Gündəlikdə 12 məsələ var

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi bəlli olub.
Parlamentin növbəti iclası mayın 1-də keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxil edilib:

1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

7. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
28-04-2025, 16:00
Bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik


Bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik

Biz bu regionda mədəni, dini etiqad, fikir, siyasət və proqramlar baxımından çox sayda müştərək məqamlara malikik və biz bu müştərəkliklərlə fəxr edirik.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
İran Prezident bildirib: “Biz çalışacağıq ki, əlaqələrimizi güclü şəkildə davam etdirək. Biz bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik”.
28-04-2025, 15:53
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! - İran Prezidenti


Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! - İran Prezidenti

Bakıda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olub.
İran KİV-lərinin məlumatına görə, görüşdə Ermənistanın işğalındandan azad edilmiş Qarabağ da müzakirə mövzusu olub.
Prezident Pezeşkian deyib: "İnqilab rəhbərinin (ayətulla Xamenei-red.) salamlarını sizə çatdırıram. Burada, Azərbaycanda olmaqdan çox şadam. Ümid edirəm ki, bura səfərimiz və ekspertlər arasında əvvəlki görüşlər nəticəsində imzalanacaq sazişlər İran və Azərbaycan münasibətlərində daha böyük addımların başlanğıcı olacaq".
Pezeşkian həmçinin İran və Azərbaycan nümayəndə heyətlərinin birgə görüşündə verdiyi açıqlamada "Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir. Bizim burada olmağımız iki ölkə arasında əlaqələri gücləndirmək, birlik və həmrəyliyi gücləndirmək məqsədi daşıyır" deyib.
İlham Əliyev görüşdə deyib: “Biz İran və Azərbaycan arasında əlaqələrin inkişafına önəm veririk. Şübhəsiz ki, əlaqələrimizin inkişafı iki qardaş xalqın mənafeyinə xidmət edəcəkdir.
Ümid edirəm ki, İran və Azərbaycan prezidentlərinin xüsusi tapşırıq və tövsiyələrinə uyğun olaraq, əlaqələrimizdə yeni təkan əldə edəcəyik”.
28-04-2025, 15:38
Xocalı şəhərinə növbəti köç oldu

Xocalı şəhərinə növbəti köç oldu - FOTO

Aprelin 28-də səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 33 ailə olmaqla, 137 Xocalı sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Xocalıya köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb. O, çıxışında bu günün tarixi və qürurverici gün olduğunu deyib.Bildirib ki, uzun illər boyu həsrətində olduğumuz doğma Xocalıya növbəti köçün gerçəkləşməsinə şahidlik edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində doğma torpaqlarımıza geri dönüşümüz reallığa çevrilir. Bu təkcə ailələr üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük sevinc və qürurdur. Çünki Xocalının dirçəlişi, burda həyatın yenidən canlanması bir zamanlar işğal altında olan torpaqlarımızda bu gün üçrəngli bayrağımızın dalğalanması, dövlətimizin gücünün və xalqımızın əzminin bariz nümunəsidir. Siz doğma torpaqlara qayıdaraq tarix yazırsınız. Bugünkü köç yalnız bir köç deyil, həm də yenidən qurulacaq, çiçəklənəcək Xocalının başlanğıcıdır. "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə böyük tikinti quruculuq işləri də həyata keçirilir. Köç prosesi Xocalının Ballıca kəndində də mərhələli şəkildə aparılır. İndiyədək Xocalı şəhərində 85 ailənin, yəni 341 nəfərin, Xocalının Ballıca kəndində isə 157 ailə, 743 nəfərin daimi məskunlaşması təmin edilib.



28-04-2025, 15:32
İlham Əliyev Pezeşkianla müzakirə etdiyi məsələlərdən danışdı


İlham Əliyev Pezeşkianla müzakirə etdiyi məsələlərdən danışdı

Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında bildirib.
Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib:
“Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk”.
28-04-2025, 15:29
Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik


Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik

Biz (Azərbaycan və İran – red.) ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır.
28-04-2025, 15:18
Dövlətlərarası münasibətlərimiz inkişaf edir - İlham Əliyev


Dövlətlərarası münasibətlərimiz inkişaf edir - İlham Əliyev

Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
28-04-2025, 15:13
Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər


Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək.
Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.
Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.
Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, - bu barədə fikir mübadiləsi aparılmışdır, - eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək.
Prezidentin səfərinə qədər çox fəal təmaslar həyata keçirilirdi, yüksəkvəzifəli şəxslər qarşılıqlı səfərlər edirdilər, həm Prezidentin səfərinə hazırlıq məqsədilə, eyni zamanda, konkret layihələrin icrası üçün. Bütün bu işlərdə əməyi olan vəzifəli şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Səfər doğrudan da çox yaxşı hazırlanıb, çox yaxşı sənədlər ərsəyə gəlib. Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq.
Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.
Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.
Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.
Mən yenə də Prezident Pezeşkiana “Xoş gəlmisiniz!” deyirəm, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Onunla birlikdə gələn bütün qonaqlarımıza da “Xoş gəlmisiniz!” deyirəm. Əminəm ki, səfəriniz uğurlu, nəticələr də çox gözəl olacaq. Sağ olun.






28-04-2025, 08:07
Azərbaycanın hərb tarixinə dair kitab çapdan çıxıb

Azərbaycanın hərb tarixinə dair kitab çapdan çıxıb

Milli Müdafiə Universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanın hərb tarixi. Xronoloji xülasə (1920-1991-ci illər)” kitabının III hissəsi çap olunub. Kitabın müəllifi universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Zəngin tarixi mənbələr əsasında dörd hissədən ibarət olan bu əsərdə Azərbaycan hərb tarixinin ən mühüm hərbi-siyasi hadisələrinin xronoloji xülasəsi (1920-1991-ci illər) verilib.

Kitabın üçüncü hissəsində 1920-1945-ci illərdə sovet Azərbaycanında mövcud olan hərbi-siyasi vəziyyət, yeni ordu quruculuğunun xüsusiyyətləri, onun məzmun və mahiyyəti, həmçinin Azərbaycanın 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Sovet İttifaqının qələbəsinə verdiyi töhfələr açıqlanır, azərbaycanlıların Qırmızı Ordu sıralarına səfərbər edilməsi, onların milli hərbi birləşmələrin tərkibində İkinci Dünya müharibəsi cəbhələrində iştirakı məsələlərinə mühüm yer ayrılır. Burada milli bölmələrin formalaşması prosesi və döyüş yolu, onların Qafqazın müdafiəsində ən mühüm rolu, Ukrayna, Belarus, Baltikyanı ölkələr və Sovet İttifaqının digər işğal olunmuş ərazilərinin, eləcə də Şərqi və Mərkəzi Avropanın azad edilməsində Sovet Silahlı Qüvvələrinin digər birlik və birləşmələri ilə sıx əməkdaşlığı göstərilir.
Eyni zamanda, vəsaitdə 1946-1991-ci illərdə sovet Azərbaycanında milli tərkibli ordu hissələrinin təşkili, milli hərbi kadrlar hazırlığı, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında XX əsrin 70-80-ci illərində Azərbaycanda aparılan böyük hərbi quruculuq işləri barədə faktlar yer alıb.
Kitab Milli Müdafiə Universitetinin xüsusi təyinatlı təhsil müəssisələrində “Azərbaycan hərb tarixi” fənnini öyrənən kursantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!