Ukraynada nazir ölkədən qaçdı - İDDİA .....                        Rusiyanın ən böyük neft zavodu bağlandı .....                        Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ .....                        İranla razılaşmaya açığıq - TRAMP .....                        Ukrayna Rusiyanı bu raketlərlə vurdu .....                        Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU .....                        5 il ərzində Qarabağda görülən işlər - AÇIQLANDI .....                        Vardanyan hakim qarşısında - Məhkəmədə nələr danışıldı? .....                        Səudiyyə şahzadəsi Trampla görüşdü .....                       
7-12-2024, 17:20
Konsulluqlarla bağlı qaydalar dəyişir


Konsulluqlarla bağlı qaydalar dəyişir

Konsulluqların fəaliyyəti ilə bağlı qaydalar dəyişir.
Bu barədə məsələ Azərbaycanın Konsul Nizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Konsulluqlar öz fəaliyyətlərində Azərbaycanın Konstitusiyasını, Azərbaycanın və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycanın Qanununu, bu Nizamnaməni və Azərbaycanın digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.
Qeyd edək ki, bundan əvvəl Konsulluqlar öz fəaliyyətində bu Nizamnaməni Azərbaycanın və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tuturdu.
7-12-2024, 17:12
FHN Tovuzdakı partlayışla bağlı məlumat yaydı


FHN Tovuzdakı partlayışla bağlı məlumat yaydı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verməsilə bağlı məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
7-12-2024, 16:58
Dünya bu reallığı qəbul etməyə məcburdur - Əli Əhmədov


Dünya bu reallığı qəbul etməyə məcburdur - Əli Əhmədov

Azərbaycan və Türkiyə arasında dostluq inkişaf etdikcə hər iki dövlət beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynamaq imkanı qazanırlar. Öz gücümüzü daha inamla dünyaya nümayiş etdirmək imkanı qazanmışıq.
Bu barədə “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan dünya birliyində qüvvətli dövlətlər kimi tanınır.
“Bugünki tədbirdə dostluq və qardaşlığımızın bir ifadəsidir. Parlament sadəcə olaraq, qanunları qəbul etmək üçün deyil, eyni zamanda dövlətlər arasında əlaqələrin və münasibətlərin inkişaf etməsi üçün böyük əhəmiyyət kəsb edir”,- deyə o bildirib.
“İkinci Dünya Müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir. Düşünürəm ki, dünya bu reallığı qəbul etməyə məcburdur”, - o deyib.
Ə.Əhmədov vurğulayıb ki, ayrı-ayrı dövlətlərin içərisində olduğu proseslərdə parlamentlərin rolunu artırmağa ehtiyac var:
“Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad etməyib, həm də təcavüzə qarşı ədalətli müharibə aparmaq nümunəsi göstərib. Nəticədə Qafqazda sülh və əməkdaşlığın güclənməsi üçün real imkan yaranıb. Dövlətlərin daxili işlərə qarışmasından nə qədər insanın əziyyət çəkdiyini görürük. Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi üçün səylərin artırılmasına ehtiyac var”.
Qeyd edək ki, bu gün Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilib.
Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb.
7-12-2024, 16:03
Tovuzda partlayış - Xəsarət alanlar var


Tovuzda partlayış - Xəsarət alanlar var

Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.
Çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
7-12-2024, 15:40
Baş nazir Türkiyə parlamentinin komitə sədri ilə görüşdü


Baş nazir Türkiyə parlamentinin komitə sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayla görüşüb.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd edək ki, F.Oktay Azərbaycanda səfərdədir.
7-12-2024, 14:37
Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir - Fuad Oktay


Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir - Fuad Oktay

Bölgədə sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir.
Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan tərəfində lazımı işlər görülərək tamamlanıb, Ermənistan sərhədlərində qalan tamamlanmalı olan hissə var.
"Zəngəzur dəhlizi bölgədə həm sülhə, həm də iqtisadiyyata müsbət təsir ediəcək. Zəngəzur dəhlizinin açılması Ermənistana da müsbət təsir edəcək”, -deyə o qeyd edib.
7-12-2024, 13:59
Onların təxribatları nəticəsiz qaldı - Sahibə Qafarova


Onların təxribatları nəticəsiz qaldı - Sahibə Qafarova

Təəssüf ki, əsassız təzyiqlər, ikili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin tez-tez qarşılaşdığı neqativ hallardır. Bu isə öz növbəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin vacibliyini bir daha ön plana çıxarır. Biz parlament diplomatiyasının bütün mövcud imkanlarından faydalanmaqla, konstruktiv dialoq və əməkdaşlığı rəhbər tutmaqla qarşıya qoyduğumuz hədəflərə nail ola bilərik. Bugünkü parlament konfransımız da əslində bizlərin ortaq niyyətinin bariz ifadəsidir.
Bu sözləri Milli Məclisin (MM) sədri Sahibə Qafarova dekabrın 7-də MM-də keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
Sahibə Qafarova xatırladıb ki, 2020-ci ilin payızında Azərbaycan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə 30 illik işğala və haqsızlığa son qoydu, ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Eyni zamanda, bu, məhz ölkəmizin təşəbbüsü ilə Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin yaradılması imkanlarına da yol açdı. Onun sözlərinə görə, bütün bu proseslər fonunda bir sıra Qərb ölkələri və onların parlamentləri, AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı yalan ittihamlar üzərində qurulmuş böhtan və dezinformasiya kampaniyaları aparır, ölkəmizin daxili işlərinə müdaxilə edirlər. Milli Məclisin sədri vurğulayıb ki, bunun yeganə səbəbi isə Azərbaycanın kənar diktələri rədd edərək, öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsidir.
Bu tip təxribatların BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası (COP29) dövründə özünü aşkar şəkildə büruzə verdiyini deyən Milli Məclisin sədri bildirib ki, Azərbaycanın iqlim dəyişmələri kimi qlobal problemlə mübarizədə bütün dünyanın səylərini birləşdirməyə çalışdığı bir dövrdə, öz dar siyasi maraqlarını güdən dairələr bu qlobal tədbiri boykot çağırışı edir, ölkəmizə qarşı absurd iddialar səsləndirirdilər. Lakin onların bu təxribatları nəticəsiz qaldı.
Sahibə Qafarovanın sözlərinə görə, COP29 ən yüksək səviyyədə keçirildi və əhəmiyyətli nəticələrin əldə olunması ilə başa çatdı. COP29 çərçivəsində Parlament Görüşü təşkil etməklə Milli Məclis bu mühüm prosesə öz töhfəsini verdi.
7-12-2024, 12:47
Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi


Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın ikinci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bir azyaşlı olmaqla ümumilikdə beş nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.
Mənzillər yanğından mühafizə olunub.

7-12-2024, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 08-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
7-12-2024, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 08-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!